Milli Məclis üzvlərinin Lüksemburq Parlamentində görüşləri keçirilib
Tarix: 02.02.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Benilüks Azərbaycanlıları Konqresinin (BAK) lobbiçilik istiqamətində həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan- Lüksemburq parlamentlərarası dostluq qrupunun ilk rəsmi görüşü keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə Lüksemburq Deputatlar Palatasının sədri Mars Di Bartolomeonun rəsmi dəvəti ilə Azərbaycan-Lükseburq parlamentlərarası dostluq qrupunun rəhbəri Elmira Axundova və millət vəkili Sabir Hacıyev bu ölkəyə səfər edərək, parlamentdə bir sıra görüşlər keçiriblər.
Nümayəndə heyəti Deputatlar Palatasının sədri Mars Di  Bartalomeo, Xarici və Avropa Məsələləri, Müdafiə, Əməkdaşlıq Komitəsinin sədri Mark Angel, Mədəniyyət üzrə dövlət katibi Guy Arendt və digər rəsmilərlərlə görüşüb. Bütün görüşlərdə BAK prezidenti Sahil Qasımov və Azərbaycanın Belçikadakı Səfirliyinin müşaviri Elçin Bəşirov nümayəndə heyətini müşayiət edib.
Bir neçə gün davam edən səfər zamanı Lüksemburqun Parlament binası və Parlament meydanında Azərbaycanın bayrağı dalğalanıb. Səfərin ilk günü nümayəndə heyəti Parlament binası qarşısında erməni diasporunun etiraz aksiyası ilə qarşılansa da, bu, görüşlərin yüksək səviyyədə keçirilməsinə və proqramına mane olmayıb. Azərbaycan- Lüksemburq parlamentlərarası dostluq qrupunun səfəri və keçirdiyi görüşlər yerli mediada geniş işıqlandırılıb.
Qeyd edək ki, səfərin təşkilati işləri ilə əlaqədar olaraq BAK prezidenti Sahil Qasımov və qurumun Lüksemburqdakı ofisinin rəhbəri Jacque Henckeslə birlikdə Parlamentin I vitse-spikeri J.laurentlə, həmçinin Lüksemburq Xalq Partiyasının üzvləri ilə bir neçə dəfə görüşərək, təşkilati məsələlərlə bağlı müzakirə aparıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info