Yaponiya və ABŞ nazirlər səviyyəsində görüşün yeni formatını hazırlayır
Tarix: 03.02.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Yaponiya və ABŞ nazirlər səviyyəsində görüşün yeni formatını hazırlayır. Həmin çərçivədə keçiriləcək görüşdə iki ölkə arasında iqtisadi və ticari siyasətlə yanaşı, təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, Yaponiya tərəfdən danışıqlarda iştirak edəcək nümayəndə heyətinə Baş nazirin müavini və maliyyə naziri Taro Aso rəhbərlik edəcək. Nümayəndə heyətinə xarici işlər naziri Fumio Kişida, müdafiə naziri Tomomi İnoda, iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko daxil olacaq. ABŞ tərəfini isə vitse-prezident Maykl Pens, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis və ticarət naziri vəzifəsinə əsas namizəd Uilbor Ross təmsil edəcək. Nazirlərin belə geniş tərkibdə təmsil olunduğu bu format ilk dəfə tətbiq olunacaq. Xəbər verdiyimiz kimi, gələn həftə Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ-a rəsmi səfərə yola düşəcək. Səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüş və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq barədə danışıqların aparılması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
İranın ali lideri İİKK-ya yeni komandan təyin edib
22.04.2019
Vladimir Zelenski kadr islahatlarını anons edib
22.04.2019
Türkiyə prezidenti Şri-Lanka hücumunu qınadı
22.04.2019
“Exit Poll“: Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir
22.04.2019
Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info