Fransızların əksəriyyəti Fiyonun prezident yarışından çıxmasını istəyir
Tarix: 03.02.2017 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Fransızların əksəriyyəti həyat yoldaşının ətrafında yaranan qalmaqal səbəbindən sağ “Respublikaçılar” partiyasını təmsil edən Fransua Fiyonun prezident yarışından geri çəkilməsini istəyir. “İnterfax” xəbər verir ki, “Flash Harris Interactive” tədqiqat kompaniyasının sorğusuna əsasən, respondentlərin 69 faizi Fransa prezidenti postu uğrunda mübarizədə Fiyonu digər namizədin əvəz etməsinə tərəfdardır. Rəyi soruşulan fransızların 33 faizinin fikrincə, Fransanın keçmiş Baş naziri Alen Jüppenin Fiyonu əvəz edəcək ən yaxşı namizəd olduğunu bildirib. Daha 13 faiz vətəndaş isə ölkənin keçmiş başçısı Nikola Sarkozini namizəd görmək istəyir. Bundan başqa, respondentlərin cəmi 29 faizi prezident yarışında mübarizənin davam edəcəyi təqdirdə Fiyonun qalib gələcəyinə inanır. Eyni zamanda, rəyi soruşulan insanların yarıdan çoxu – 57 faizi Fransua Fiyonun digəri ilə əvəz olunacağı təqdirdə “Respublikaçılar” partiyasının namizədinin qalib gələcəyini proqnozlaşdırır. Bu ərəfədə Fiyon həyat yoldaşı Penelopanın ətrafında baş verən qalmaqala baxmayaraq, seçkilərdə iştirakdan imtina etməyəcəyini bildirib. Bir qədər əvvəl Fransa prokurorluğu dövlət vəsaitinin xərclənməsində israfa yol verməkdə və maliyyə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılan Fiyon cütlüyünün işi üzrə təhqiqata başlayıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info