Xəzər İqtisadi Forumu yaradıla bilər
Tarix: 03.02.2017 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Xəzər dənizi hövzəsi ölkələri arasında ticari-iqtisadi əməkdaşlığa dair sazişin layihəsi Aşqabadda Xəzəryanı dövlətlərin nümayəndələri tərəfindən müzakirə olunur.
Tədbir Türkmənistan Xarici İşlər Nazirliyi, İqtisadiyyat və İnkişaf Nazirliyi, habelə Türkmənistan prezidenti yanında Xəzər dənizi məsələləri üzrə dövlət müəssisəsi tərəfindən təşkil edilib. Türkmənistan KİV-ləri xəbər verir ki, Xəzər regionu ölkələrinin müvafiq nazirlik və idarələrinin rəhbərləri və aparıcı mütəxəssislərinin iştirak etdiyi görüşdə Xəzəryanı dövlətlər arasında ticari-iqtisadi əməkdaşlığa dair Türkmənistan tərəfindən hazırlanmış sazişin layihəsi müzakirə edilir. Belə bir saziş bağlamaq təşəbbüsü 2014-cü ilin sentyabr ayında Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən səslənib. Türkmənistan tərəfinin fikrincə, bu sənəd Xəzəryanı dövlətlər arasında ticari-iqtisadi əlaqələri şaxələndirməyə və Xəzər regionunun mühüm enerji, sənaye və nəqliyyat-tranzit potensialını reallaşdırmağa imkan verəcək. Danışıqların gedişində daimi fəaliyyətdə olan Xəzər İqtisadi Forumu yaradılması məsələsinin müzakirə edilməsi də nəzərdə tutulur. Bu forum region ölkələrinin hakimiyyət və işgüzar dairələrinin nümayəndələri üçün səmərəli danışıqlar məkanına çevrilə, habelə regionun investisiya cəlbediciliyinə müsbət təsir göstərə bilər.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info