Ukraynada NATO ilə bağlı referendum keçirilə bilər
Tarix: 03.02.2017 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“Wall Street Journal”:
“Ukraynanın alyansa qəbulu ilə bağlı danışıqlar təxirə salınıb”

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendum keçirmək niyyətindədir. Bu barədə Ukraynanın dövlət başçısı Almaniyanın “Berliner Morgenrost” qəzetinə müsahibəsində deyib.
“Dörd il əvvəl əhalinin cəmi 16%-i NATO-ya üzv olmağın tərəfdarı idi, bu gün isə artıq 54%-i. Prezident kimi mən xalqın rəyinə arxalanmalıyam. Güman edirəm ki, ölkəmizdə bununla bağlı referendum təşkil edəcəyik və xalq öz sözünü deyəcək. Ukraynalılar referendumda “hə” desə, mən ölkəmizin Şimali Atlantika Alyansına qoşulması naminə əlimdən gələni əsirgəməyəcəyəm”, deyə P.Poroşenko bildirib. Xatırladaq ki, Ali Rada hələ 2014-cü ilin dekabrında Kiyevin bitərəf statusundan imtinanı təsdiq edib. Beləliklə, ölkədə fəaliyyətdə olan hərbi doktrina NATO ilə əməkdaşlığın genişləndirilməsi və 2020-ci ilə qədər hərbi ittifaq strukturları ilə tam uyğunlaşmağa nail olmağı planlaşdırırdı. Lakin həmin ərəfədə NATO-nun baş katibi səlahiyyətlərini həyata keçirən Anders Foq Rasmussen Ukraynanın alyansa qəbulu üçün uzun müddət lazım olduğunu bildirmişdi. Ötən ilin baharında isə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Ukraynanın Avropa Birliyi və NATO-ya daxil olmasının yaxın 20-25 ildə mümkünsüzlüyü barədə fikir bildirmişdi. Qeyd edək ki, NATO ərazi mübahisələri olan ölkələri üzvlüyə qəbul etmir. Maraqlıdır ki, “Wall Street Journal” nəşri yazıb ki, Ukraynanın alyansa qəbulu ilə bağlı danışıqları təxirə salınıb. Hazırda Ukraynada yaşananları “siyasi cəhətdən həssas” məsələ kimi dəyərləndirən nəşr qeyd edir ki, Ukrayna ilə danışıqlar Rusiya tərəfindən həddindən artıq sərt reaksiyaya səbəb ola bilər. Bu məsələdə daha ehtiyatlı yanaşma tələb olunduğunu bildirən nəşr alyansın gələcəkdə Rusiya ilə münasibətləri korlamaq niyyətində olmadığını yazıb. Eyni zamanda, NATO ABŞ prezidenti Donald Trampın Moskva ilə sıx əməkdaşlıq üzrə qərar qəbul edəcəyini də istisna etmir. Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın yeni prezidenti Donald Tramp NATO-nu köhnəlmiş təşkilat kimi dəyərləndirərək, alyansda islahatlar aparmağın vacibliyini vurğulamışdı. ABŞ hərbi dairələri də Trampın Moskva ilə mümkün "müqavilə" çərçivəsində Avropada raket hücumundan müdafiə sisteminin qurulmasından imtina edə biləcəyini istisna etmirlər. Bəzi Pentaqon rəsmiləri isə dəyişikliklərin bu istiqamətdə baş verə biləcəyinə inanmırlar.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info