“Ölkəmizdə uğurlu gənclər siyasəti modeli formalaşıb”
Tarix: 03.02.2017 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun və Milli Məclisin gənclər və idman komitəsinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov tədbiri açaraq Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən danışıb, dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan bəhs edib. Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında Fondun fəaliyyəti haqqında söz açıb.
Qeyd edib ki, bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin ölkə həyatının bütün sahələrində fəallığını daha da artırıb. Dövlətimizin başçısının təşəbbüsü və Sərəncamı ilə yaradılmış Gənclər Fondu Azərbaycanın gələcəyi, həmçinin bu gələcəyin qarantı olan gənclər üçün açılmış tarixi bir səhifədir. Fəaliyyət göstərdiyi 5 il ərzində Fondun gördüyü işlərə nəzər salanda, doğrudan da, uğurlu və dinamik inkişafın gerçəkləşdiyinin şahidi oluruq. Belə ki, bu günə qədər Fonda 9 qrant müsabiqəsi üzrə gənclərdən və gənclər təşkilatları tərəfindən təqdim olunan layihələrin 3341-i maliyyələşdirilib və uğurlu nəticələr əldə olunub. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 1-də “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalamasından 20 il keçir. Məhz ulu öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkədə yetkin, düşünülmüş gənclər siyasətinin həyata keçirilməsinə başlanılıb. Bu illərdə ölkəmizdə uğurlu gənclər siyasəti modeli formalaşıb, mükəmməl normativ-hüquqi baza yaradılıb. Eyni zamanda müvafiq dövlət proqramları qəbul olunub, fərmanlar, sərəncamlar imzalanıb. Bir sözlə, gənclər siyasətini həyata keçirmək üçün lazımi şərait yaradılıb. “Əminəm ki, Gənclər Fondu həm gənclər təşkilatlarının, həm də fərdi şəxslərin layihələrinə bundan sonra da dəstək göstərəcək, eyni zamanda Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakını təmin edən səfər qrantlarının verilməsini davam etdirəcək”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.
Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan şəraitdən söz açan gənclər və idman nazirinin müavini İntiqam Babayev respublikamızda bu sahədə qazanılan təcrübənin digər ölkələrin də diqqətini çəkdiyini deyib. Bildirib ki, Azərbaycan gəncləri dünya miqyasında ölkəmizi layiqincə təmsil edir. Gənclər təşkilatları, fərdi şəxslər Azərbaycan həqiqətlərinin dünyaya yayılması işinə öz töhfələrini verirlər. Sonra çıxış edən Milli Məclisin deputatları Ülvi Quliyev, Rövşən Rzayev, Adil Əliyev və başqaları ölkəmizdə dövlətçilik amallarına, milli-mənəvi və bəşəri dəyərlərə sadiq Azərbaycan gəncliyinin formalaşdığını bildirib, gənclərin inkişafında və təşkilatlanmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə gənclərin innovativ potensiallarının artırılması üçün hərtərəfli şəraitin yaradıldığını vurğulayıblar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info