Dünya Bankı “Azərikimya”nın ərazilərində çirklənmələrin qiymətləndirilməsində iştirak etmək istəyir
Tarix: 03.02.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Dünya Bankı SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) seçilmiş ərazilərində kimyəvi çirklənmələrin qiymətləndirilməsi və qısa zamanda bərpa tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan layihələrdə iştirak etməkdə maraqlıdır.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu barədə “Azərikimya” İstehsalat Birliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələrinin ətraf mühitin və təbii sərvətlərin qorunması üzrə yeni təyin olunmuş nümayəndəsi xanım Valeri Hikinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə danışılıb.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev son illər birlikdə həyata keçirilən yenidənqurma, modernləşdirmə və abadlıq işləri, həmçinin perspektiv layihələr haqqında qonaqlara məlumat verib.
Görüşdə sənaye zonasında davamlı olaraq həyata keçirilən ekoloji tədbirlər, Sumqayıt şəhərinin ekoloji vəziyyəti, sağlam mühitin yaradılmasında “Azərikimya”nın rolu, Kimya Sənaye Parkında icra olunan layihələr və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xanım V.Hiki Azərbaycanla tanış olmaq, buradakı tərəfdaşlarla görüşmək, dayanıqlı inkişaf və ətraf mühitin yaxşılaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq məqsədilə Bakıya səfər etdiklərini bildirib.
Dünya Bankı SOCAR-ın digər strukturları ilə yanaşı “Azərikimya” İB-nin seçilmiş ərazilərində də kimyəvi çirklənmələrin qiymətləndirilməsi və qısa zamanda bərpa tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan layihələrdə iştirak etməkdə maraqlıdır. V.Hiki bu məqsədlə görülən tədbirlərin dəstəklənməsinə hazır olduqlarını söyləyib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info