Fotoaparat alarkən diqqət edin
Tarix: 10.04.2013 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Fotoaparat işığın köməyi ilə hərəkətdə olmayan obyektlərin görüntüsünün alınması və fiksasiyası qurğusudur. O insanlar tərəfindən maraq kəsb edən anların şəklinin yaddaşına köçürülməsi üçün istifadə olunur və hər kəs evində belə bir qurğunun olmasını istəyir. Lakin ticarət şəbəkələrindən fotoaparat əldə etmək istəyərkən istehlakçı müəyyən çətinlik qarşısında qalır. Çünki hazırda satışda olan ən müxtəlif çeşiddə və keyfiyyətdə olan fotoaparatları fərqləndirmək, həqiqətən, çətindir. Ona görə də bu məlumatda istehlakçılara fotoaparatlar haqqında bəzi zəruri məlumatları çatdıracağıq.
İstehlakçı olaraq hər kəs fotoaparat alarkən ilk növbədə ondan hansı səviyyədə, harada və nə məqsəd üçün istifadə olunmasını dəqiq aydınlaşdırmalıdır. Çünki fotoqrafiyaya yeni maraq göstərənlər üçün minimal imkanlara malik həvəskar fotoaparatların alınması məqsədəuyğundur. Kifayət qədər funksiyaları olan peşəkar fotoaparatlara külli miqdarda pul xərcləməyə ehtiyac yoxdur.
Müasir fotoaparatları ən müxtəlif əlamətlərinə görə, istifadə olunan işığahəssaslı materialın tipinə və fotoşəklin alınma texnologiyasına, kadrın formatına, istehlakçı xüsusiyyətlərinin səviyyəsinə və digər əlamətlərə görə sinifləşdirmək olar.
Fotoşəklin alınma texnologiyasına və işıqhəssaslı materialın istifadə tipinə görə fotoaparatlar klassik, xüsusi, APS sistemli (təkmilləşdirilmiş), polaroid sistemli və rəqəmsal tipli beş qrupa bölünür.
Klassik, xüsusi və APS sistemli plyonkalı fotoaparatlar geniş yayılıb. Bu qəbildən olan fotoaparatlarla çəkilən şəkillər obyektiv vasitəsi ilə kiçildilmiş formada onun daxilində yerləşdirilmiş fotoplyonkaya həkk olunur və sonradan labaratoriya şəraitində kimyəvi aşınma yolu ilə əldə olunur.
Polaroid və rəqəmsal fotoaparatlar isə quruluşuna görə plyonkalı fotoaparatlardan xeyli fərqlənirlər. Polaroid tipli fotoaparatlar şəkli laborator işlənmə olmadan xüsusi çoxqatlı materialda rəngli halda dərhal çap etməyə qadirdirlər. Rəqəmsal fotoaparatlar isə xarici görünüşcə plyonkalı fotoaparatların analoqudur. Bu tip fotoaparatlarda işıq görüntüsü işıq hissiyyatlı elementlərin təsiri ilə elektrik impulslarının əmələ gəlməsi nəticəsində baş verir. Rəqəmsal fotoaparatlar xüsusi proqramın və müxtəlif tipli qurğuların köməyi ilə fotogörüntülərin yadda saxlanmasına və kompyuterə yüklənməsinə imkan verir.
Fotoaparatların istehlak xüsusiyyətlərinə gəlincə bura onların funksionallığı, estetikliyi, etibarlılığı və s. daxildir. Funksional xüsusiyyətləri dedikdə fotoaparatın konstruksiya özəllikləri, texniki imkanları nəzərdə tutulur. İstehlakçı üçün alınan fotoaparatın estetik görünüşü də xeyli dərəcədə əhəmiyyətlidir. Təbii ki, hər hansı bir ələyatımlı quruluşda olmayan, xoşagəlməz rəngi olan bu cihazı işlətmək o qədər də xoş olmur. Etibarlılığına isə onun işləkliliyi, uzunömürlülüyü, təmirəyararlılığı və saxlanması daxildir. Fotoaparatın etibarlılığı onun istehsalına istifadə olunan materiallardan asılıdır.
Fotoaparat alarkən onun funksiyaları, forması, korpusunun rəngi və s. bu kimi amillər hər bir istehlakçını düşünməyə məcbur edir. Çünki bir sıra göstəricilərinə görə fotoaparatlar demək olar ki, bir-birinə çox yaxındır. Bunun üçün ilk növbədə istehlakçı satıcıdan malla bağlı informasiya almaq hüququndan istifadə etməlidir. Bilin ki, ölkə qanunvericiliyinə əsasən, istehlakçılar ticarət obyektindən alınmış malın keyfiyyəti ilə bağlı zəruri məlumatları tələb etmək hüququna malikdir. İstehlakçı aldığı fotoaparatın keyfiyyətini, komplektliyini yoxlamaq, onun düzgün istifadəsinin nümayiş etdirilməsini satıcıdan tələb edə bilər. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur.
Fotoaparatı seçdikdən sonra mütləq onu yerində qoşub yoxlayın və funksiyaları, idarə olunması ilə bağlı mağaza əməkdaşına zəruri olan suallarınızı verin. Qablaşdırmazdan öncə onun korpusunu, ekranını yaxından nəzərdən keçirin, hər hansı bir qüsur aşkar etdikdə onu almaqdan imtina edin. Alan zaman oriğinal mal aldığınıza əmin olmaq üçün keyfiyyət sertifikatını soruşmağı unutmayın. Fotoaparat alarkən ilk olaraq onun funksiyalarına, menyudan istifadə rahatlığına, rejim seçiminə və s. məsələlərə diqqət yetirilməlidir. Fotoaparatı almazdan əvvəl onun menyusunu, panelində olan düymələrin işləmə qaydasını yaxşı öyrənmək vacibdir.
Ticarət şəbəkələrinə daşınarkən fotoaparatlar amortizasiya imkanları olan individual qablara yerləşdirilir. İstehlakçı tərəfindən əldə edilərkən isə karton materiallı qablarda olurlar. Fotoaparatları mexaniki zədələnmələrdən qorumaqla bütün növ nəqliyyat vasitələri ilə daşımaq olar. Onları kəskin kimyəvi təsirlərin mövcud olduğu mühitdə saxlanmasına icazə verilmir. Fotoaparatlar xüsusi qızdırıcılardan, günəş şüalarından uzaq, quru və havalandırma sistemi olan yerlərdə saxlanılmalıdır.
Eyni zamanda hər bir istehlakçı bilməlidir ki, fotoaparatlar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti onun zəmanət talonunda, pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu ona görə edilir ki, istehlakçı həmin müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilsin. Bu hüquqlar sırasında isə istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları yer alır. Satış tarixindən etibarən fotoaparatlara verilən zəmanət müddəti orta hesabla 2 ildir.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info