Ölkədə radiasiya fonu norma daxilindədir
Tarix: 03.02.2017 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


2016-cı il ərzində ətraf mühitin radiasiya fonu üzrə respublikanın bütün bölgələrini əhatə edən gündəlik müşahidələr aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 2016-cı il üzrə hesabatında bildirilib ki, günəş şüalarının fəallığından asılı olaraq gündəlik radiasiya fonu respublika ərazisində mövsümlər üzrə dəyişkən olub.
 “Gündəlik müşahidələr gün ərzində 3 dəfə olmaqla (saat 09:00, 15:00, 18:00 radələrində) 35 məntəqədə aparılıb. Transsərhəd ərazilərdə (Ağstafa, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonları və Pirallahı adası) fəaliyyət göstərən radiasiya fonu üzrə tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə məlumatlar hər yarım saatdan bir departamentə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür. Respublika ərazisində 2016-cı il ərzində gündəlik radiasiya fonu norma daxilində qeydə alınıb. Hesabat ili ərzində daxil olmuş ölçmə məlumatlarının təhlilinə əsasən Bakı-Abşeron bölgəsində faktiki təbii radiasiya fonu ümumilikdə 6-17 mkR/saat, Naxçıvan MR-in ərazisində faktiki təbii radiasiya fonu 9-16 mkR/saat, Kiçik Qafqaz bölgəsində gündəlik faktiki radiasiya fonu 5-19 mkR/saat, Böyük Qafqaz bölgəsində gündəlik radiasiya fonu 7-30 mkR/saat (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir), Mərkəzi Aran bölgəsindəki gündəlik faktiki radiasiya fonu 3-19 mkR/saat, Lənkəran-Astara bölgəsində ümumilikdə faktiki radiasiya fonu 8-13 mkR/saat arasında qeydə alınıb və bölgələrdəki radiasiya şəraiti təbii fon daxilində dəyişib” – deyə hesabatda qeyd olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info