Bərdənin turist marşrutunun planı hazırlanıb
Tarix: 03.02.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu fikirlər Bərdədə keçirilən “İslam həmrəyliyi ilinin mədəniyyət və turizm sahəsində rolu” adlı “dəyirmi masa”da səsləndirilib. Bərdə Turizm İnformasiya Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Tarix-Diyarşünaslıq Muzeyinin və digər müəssisələrin əməkdaşlarının iştirak etdiyi tədbirdə “İslam həmrəyliyi ili”ndə qarşıda duran vəzifələr müzakirə olunub.
Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Əhliyyət Əliyev çıxışında 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsinin mədəniyyət, humanitar məsələlər, turizm əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirib. O, bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin turizm potensialına müsbət təsirini diqqətə çatdıraraq, Bərdə Turizm İnformasiya Mərkəzinin hazırladığı turist marşrutunun planını təqdim edib.
Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Havva Mirzəyeva bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi Azərbaycanın İslam ölkələri arasında nüfuzunu daha da artıracaq.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Səbuhi Qasımov çıxışında diqqəti son dövrlər İslam ölkələrində baş verən müharibələrə, münaqişələrə yönəldib. Qeyd edilib ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür.
Tədbir diskussiya şəklində davam edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info