Pakistan parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib
Tarix: 03.02.2017 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Pakistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.
“khybernews.tv”yə istinadən verdiyi məlumata görə, qətnamə daimi komitənin ötən gün keçirilən iclasında qəbul olunub. Sənəddə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin 26 fevralında Xocalıda dinc əhaliyə qarşı törədilən faciə pislənilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi bir daha ifadə edilib, habelə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Erməni Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən qətnamələrin tez bir zamanda icrası tələb olunub.
Qətnamədə həmçinin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərinə dəstək ifadə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info