Mingəçevir-Bəhramtəpə yolu əsaslı şəkildə yenidən qurulur 
Tarix: 03.02.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində uzunluğu 154,4 kilometr olan Mingəçevir-Bəhramtəpə avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən yenidən qurulur.
ASC-nin mətbuat xidmətindən  bildirilib ki, layihəyə əsasən, avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsi, Aran-Qarağacı hissəsi və Qarağacı-Bəhramtəpə hissəsində yenidənqurma işləri aparılır.
Qeyd olunub ki, yolun 16,4 kilometrlik Mingəçevir-Mingəçevir stansiyası hissəsində yenidənqurma işlərinə ötən il başlanılıb və işlərin bu ilin yay aylarında yekunlaşdırılması planlaşdırılır.
Layihəyə uyğun olaraq, 2 hərəkət zolağından ibarət yolun hərəkət hissəsinin eni 7,5 metr olmaqla, ümumi eni 15 metr təşkil edəcək. Hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr olacaq.
Hazırda sözügedən hissədə torpaq işləri yekunlaşmaq üzrədir. Təqribən 11 kilometrlik ərazidə əsasın alt layı və qırmadaş lay, 9,5 kilometrlik ərazidə isə bitumlu əsas lay və əlaqələndirici lay inşa edilib. Bundan başqa, Kürəkçay üzərində 1 aşırımlı və 18 metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 alt keçidin və 7 düzbucaqlı keçidin tikintisi də aparılır.
Avtomobil yolunun uzunluğu 26 kilometr olan Aran-Qarağacı hissəsi üzrə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin sonunda başlanılıb.
Layihə üzrə yolun ümumi eni 12 metr olacaq. Hazırda sözügedən hissədə işlər tamamlanmaq üzrədir, 4,5 kilometr ərazidə torpaq yatağının tikintisi, 7,5 kilometr ərazidə isə bitki qatının çıxarılması və 8 kilometr mövcud asfaltın frezlənməsi işləri aparılıb. Bundan başqa, layihə çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Mingəçevir-Bəhramtəpə avtomobil yoluna avtonəqliyyat vasitələrinin rahat və maneəsiz keçidini təmin etmək məqsədilə 2 aşırımlı və 63 metr uzunluğunda qovşağın, həmçinin yolun 9,3-cü kilometrində İncəçay üzərində 1 aşırımlı və 33,8 metr uzunluğunda avtomobil körpüsünün, 5 yeraltı keçidin inşası işləri aparılır.
Avtomobil yolunun 111,9 kilometr uzunluğunda Qarağacı-Bəhramtəpə hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin əvvəllərində başlanılıb və 2 il müddətində tam olaraq yekunlaşdırılması planlaşdırılır.
Hazırda 24,3 kilometr hissədə torpaq işləri görülüb, körpü və yeraltı keçidlərin tikinti işləri aparılır.
Layihə üzrə sözügedən hissənin 34,7-ci kilometrində, Tərtərçay üzərində 3 aşırımlı və 111,4 metr uzunluğunda, 57,3-cü kilometrində Xaçın çayı üzərində 2 aşırımlı və 61,1 metr uzunluğunda və 85,2-ci kilometrində 38 metr uzunluğunda avtomobil körpülərinin inşası gedir. Buna paralel olaraq yolboyu 17 yeraltı keçiddən 7-si tikilib, 243 ədəd müxtəlif diametrli borudan 45-i tikilib, digərlərinin inşası isə davam etdirilir.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması ilə yolboyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də, Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat gediş-gəlişi təmin olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info