İnsan ömrü gül qədərdi...
Tarix: 03.02.2017 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


|

Bəzən olur ki, düşünürəm, o düşüncələr məni ötənlərə qaytarır.
Bizim evin yaxınlığında bağca var idi, anam əlimdən tutub məni bağcaya aparardı. Bağçanın qapısından ötürüb geri dönmək istəyəndə anamın əllərini buraxmırdım ağlayırdım. Gözümü açandan evdə anamı, bir də bacımı görmüşəm, atam dünyasını dəyişibdir. Düşünürəm o, çətin zamanlarda mən valideyin olsaydım heç inanmazdım ki, bu uşaqla böyüyəcək, həyata izli addımlar atacaqlar.
Ailədə valideyinlərin birinin olmaması, o ailənin uşaqlarını böyütmək, həyata layiqli övlad yetişdirmək, düşüncələri çox çətindir. Bəzən olur ki, şair Nüsrət Kəsəmənlinin "Bizim evdə, biri vardı,biri yox" şerinə qoşulan nəğmə səslənəndə tənhalığa çəkilib göz yaşımı kipriyimin üstündə saxlayıram.
O yaşadığım illər bir göz qırpımında gəlib keçib...
İnsan doğulan bir gündən ölümə doğru bir addım atır, həyat şamdır hissə-hissə əriyir, həyat güldür səhər-səhər tərçiçəkli dərisən, zaman keçdikcə gül solur. Ancaq mənə çox müəmmalıdır ki, axı o şamı, o gülü insan düzəldir, insan ömrünü öz əli ilə əridər, ya gülə bənzədib soldurar?
Səhər-səhər bağcamızdan gül dərdim, ətrini qoxladım, məni o gül yenə ötənlərə qaytardı, o qoxu onun qoxusuydu, yenə əvvəlki, tək tərçiçək qoxuyurdu. Bağcamızdan səhər dərdiyim bir dəstə gülü suya qoyub işə getmişdim, işdən evə nahara dönəndə gördüm ki, dərdiyim güllər solub, əvvəlki qoxusu yoxdur. Artıq bir daha dərk etdim ki, insan ömrü də, gül kimidir, bir zaman tərçiçək qoxusada, zaman keçdikcə solur.
İnsan ömrü gül qədərdi.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
3 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
4 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
5 Prezident İlham Əliyev: Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info