Brüsseldə Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamından danışılıb
Tarix: 03.02.2017 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Belçikanın paytaxtı Brüssel şəhərində Qaçqın və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) növbəti şura iclası keçirilib. İclasda dünyanın müxtəlif ölkələrini təmsil edən bir çox təşkilatların nümayəndələri iştirak ediblər.
“Qaçqın və sığınacaq axtaran insanların hüquq və maraqları” mövzusunda təşkil edilmiş tədbirdə Azərbaycanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev təmsil edib. Bu barədə BAMF-dan məlumat verilib.
İclasda çıxış edən BAMF-ın sədri ECRE-nin Avropada baş verən miqrasiya və deportasiya məsələlərinə, eləcə də sığınacaq axtaranlarla bağlı qəbul edilən qərarlara təkcə Avropanın daxili məsələsi kimi baxmamağa çağırıb. O deyib ki, bu məsələ təkcə Avropanın daxili məsələsi deyil. Avropada bu kimi məsələlərə qapalı şəraitdə deyil, miqrasiyanın baş verdiyi ölkələr kontekstində də baxılmalıdır. Əvvəlcə miqrasiya məsələləri ciddi şəkildə öyrənilməlidir və qarşısının alınması üçün ən zəruri tədbirlər görülməlidir.
Azərbaycanın və ümumilikdə, Qafqazın miqrasiya problemləri haqqında danışan U.Mirzəyev qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı çətinliklər yaşadığını bildirib. O, ECRE-nin azərbaycanlı məcburi köçkünlərlə bağlı münasibət göstərməsinin zəruriliyini vurğulayıb.
“Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. Bu Sərəncam ölkə daxilindəki müxtəlif məkanlarda yaşayan kənd sakinlərinin öz yurd-yuvalarına qayıtması üçün böyük dəstəkdir. Əsas odur ki, Sərəncam insanların illər boyu doğma yerlərinə qayıda bilməmək kimi ümidsizliyinə son qoydu. ECRE bu kimi məsələlərə həssas yanaşmalı və ciddi münasibət bildirməli, beynəlxalq hüququn prinsiplərini daim öndə saxlamalı, sülhü, barışı və ədaləti tərənnüm etdirməlidir”, - deyə BAMF sədri qeyd edib. U. Mirzəyev bildirib ki, ECRE beynəlxalq ictimaiyyətin qaçqınlarla bağlı məsələlərə daha böyük diqqət göstərməsinə nail olmaq üçün səylərini artırmalıdır.
Daha sonra çıxış edən ECRE-nin kommunikasiyalar üzrə baş əlaqələndiricisi Vollads Zahle təşkilatın direktorunun müavini Leonie Jegen, Hollandiya Qaçıqınlar Şurasının həmsədri Annemiek Bots BAMF sədrinin fikirlərini dəstəklədiklərini bildiriblər. Onlar, həmçinin qaçqınlarla bağlı problemlərin geniş işıqlandırılması üçün medianın bu işdə yaxından iştirak etməsinin zəruriliyini vurğulayıblar.
Tədbirdə BAMF-ın təşəbbüsü ilə yaradılmış, beş dildə fəaliyyət göstərən “Eurasia Diary” informasiya portalının təqdimatı da keçirilib. Bildirilib ki, saytın strategiyasının əsas istiqamətlərindən biri qaçqınların problemlərini geniş oxucu kütləsinə çatdırmaqdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info