Bu il İmişlidə 10 min hektar sahədə pambıq əkiləcək
Tarix: 03.02.2017 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


İmişlidə 2016-cı ildə iqtisadiyyatın əsas sahələri üzrə 552 milyon 699 min manatlıq məhsul istehsal edilib. Məhsulun və ya görülən işin 61 faizi sənayenin, 20,3 faizi kənd təsərrüfatının, 6,9 faizi tikintinin, qalanı isə ticarət, rabitə və nəqliyyat xidmətlərinin payına düşüb. Bu barədə rayondakı Heydər Əliyev Mərkəzində 2016-cı ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib. Qeyd olunub ki, ötən il rayonda tikinti-abadlıq və quruculuq işləri davam etdirilib, küçələr abadlaşdırılıb, park və xiyabanlarda əsaslı təmir işləri görülüb. Şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 mərtəbəli 54 mənzilli yaşayış binasının, rayon məhkəməsinin, kənd təsərrüfatı ərazi idarəsinin inzibati binalarının tikintisi başa çatdırılıb, bir neçə hektar ərazini əhatə edən ticarət obyektlərinin inşası davam etdirilib. Həmçinin “Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin inzibati binasının tikintisinə başlanılıb.
Hesabat dövründə ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmiri işlərinə 36 nömrəli Yol İstismar İdarəsi tərəfindən 871,2 min manat sərf olunub. İmişli dolama yoluna səkkiz kilometr asfalt-beton vurulub, şəhərin girişində əsaslı təmir işləri aparılıb. Əhalinin “mavi yanacağ”a tələbatının ödənilməsi məqsədilə indiyədək 17 min abonentə təbii qaz verilib. Hazırda isə rayonun 7 kəndində qazlaşma işləri davam etdirilir.
Yığıncaqda qeyd edilib ki, ötən il rayonda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində də təqdirəlayiq işlər görülüb, heyvanların və quşların baş sayı xeyli artıb. Ət, süd və yumurta istehsalı da çoxalıb. Vurğulanıb ki, rayonda 17 min hektar taxıl sahəsindən 55 min 462 ton taxıl götürülüb. Bunun da 18 min 674 tonu arpa, 36 min 788 tonu isə buğdadır. Hər hektar taxıl sahəsinin məhsuldarlığı 35,5 sentnerə çatıb. Altı min hektar torpaq sahəsi dövriyyəyə qaytarılıb, 10 min 572 hektar sahənin təyinatının dəyişdirilməsi məqsədilə tədbirlər görülüb, 10 hektar sahədə istixana kompleksinin yaradılmasına başlanılıb.
Hesabat yığıncağında rayonda pambıqçılığın inkişaf perspektivləri geniş təhlil olunub, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi yolları göstərilib. Diqqətə çatdırılıb ki, ötən il rayonda 1051 hektar pambıq əkilib, cari ildə isə pambıq sahələrinin 10 min hektara çatdırılması planlaşdırılıb.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində görülən işlərdən, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı üzrə həyata keçirilən tədbirlərdən də danışılıb.
Çıxış edənlər rayon iqtisadiyyatının daha da inkişaf etdirilməsi və digər sahələrdə nailiyyətlər qazanılması üçün bundan sonra da bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini vurğulayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info