Azərbaycan Türkiyənin üçüncü ən iri elektrik enerjisi təchizatçısıdır
Tarix: 03.02.2017 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


2016-cı ildə Türkiyə 213 mln. 614,469 min dollarlıq elektrik enerjisi idxal edib. Bu göstərici 2015-ci illə müqayisədə 34% azdır. Belə ki, 2015-ci ildə qonşu ölkə 325 mln. 171,296 min dollarlıq elektrik enerjisi idxal edib.
 
Türkiyə alternativ və bərpa olunan enerji mənbələrinin hesabına elektrik enerjisinin idxalını azaldıb.
 
Türkiyənin xarici ticarət statistikasını incələyən zaman məlum olur ki, ötən il Yunanıstan, Bolqarıstan, Gürcüstan və Azərbaycandan alınan elektrik enerjisinin həcmi 17,8% azalaraq 4 mlrd. 366 mln. 780 min kilovat/saat səviyyəsinə enib. 2015-ci ildə Türkiyə 5 mlrd. 313 mln. 935 min kilovat/saat elektrik enerjisi idxal edib.
 
Türkiyə ötən il ən çox sentyabr ayında elektrik enerjisi idxal edib. Həmin ay qonşumuz Yunanıstan, Bolqarıstan, Gürcüstan və Azərbaycandan ümumilikdə 477 mln. 289 min kilovat/saat enerji idxal edib və bunun üçün 24 mln. 662 min dollar ödəyib.

2016-cı ildə Türkiyə ən çox Bolqarıstandan elektrik enerjisi idxal edib. Bolqarıstandan idxal olunan 2 mlrd. 745 mln. 497 min kilovat/saat enerji üçün 127 mln. 436 min 573 dollar ödəyib. Siyahıda Bolqarıstanı Yunanıstan, Azərbaycan və Gürcüstan təqib edib.
 
Hesabat dövründə Yunanıstandan idxal etdiyi 750 mln. 973 min kilovat/saat elektrik enerjisi üçün 42 mln. 659 min 741 dollar ödəyən Türkiyə, Azərbaycandan 645 mln. 633 min kilovat/saat elektrik enerjisi alıb və bunun üçün 34 mln. 90 min 317 dollar ödəyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info