Hansı şagirdlər imtahan zamanı ayrı otaqlarda yerləşdiriləcək
Tarix: 03.02.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“Hazırda tariflərin müəyyən edilməsi ilə bağlı hüquqi məsələlərin həll olunması istiqamətində işlər aparılır”. Bu sözləri Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının iclasında şuranın sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan olunması və müəyyən tədbirlərin (sınaq imtahanları, sənəd qəbulu və s.) başlanması mümkün olacaq. Şura sədri imtahanların ilkin qrafiki ilə bağlı bildirib ki, qrafikdə yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub. Çünki bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqəlidir və ötən illər bu dövrdə qrafiki artıq elan edilib: “Dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması qeyd olunan məsələlərə görə hələ ki, təxirə salınır”.
Onun sözlərinə görə, ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya və kolleclərə qəbul qaydaları DİM tərəfindən rəy bildirilməsi üçün Təhsil və Ədliyyə Nazirliklərinə göndərilib, sonuncuların rəyləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub.
IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri)  - sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi şura üzvlərinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu formalar DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq: “Mövcud qaydalara görə essenin (inşa) yazılması fərqlənmə attestatını almağa namizəd olanlar  üçün mütləqdir, bu şagirdlər haqqında öncədən “Şagird-məzun” sistemində qeydiyyat aparılacaq və bu şagirdlər üçün imtahan müddəti fərqli olduğuna görə  onlar imtahan zamanı ayrı otaqlarda yerləşdiriləcək”.
Vergi orqanlarına işə qəbulla bağlı keçirilmiş test imtahanlarının nəticələri ilə bağlı Məleykə Abbaszadə bildirib ki, qeydiyyatdan keçmiş 2889 nəfərdən 763-ü imtahanda iştirak etməyib: “İmtahan iştirakçılarının az bir hissəsi müəyyən olunmuş müsabiqə şərtini (70 və daha yuxarı bal) ödəyib. Aparılmış təhlil göstərdi ki, imtahan zamanı DİM tərəfindən təqdim olunan məntiq və informatika üzrə sualların namizədlər tərəfindən cavablandırılmasında uyğunluq müşahidə olunub, lakin ixtisas üzrə suallara cavab verməkdə namizədlər çətinlik çəkiblər. Bununla bağlı, müvafiq nazirliyin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən mövcud problemin aradan qaldırılması məqsədilə qərara alınıb ki, ixtisas üzrə test tapşırıqlarının müvafiq bilik və bacarıqların düzgün qiymətləndirilməsini təmin etmək üçün tapşırıqların testologiya qaydalarına uyğun tərtib edilməsi məqsədilə birgə işçi qrup yaradılsın”.
Sonda iclas iştirakçılarının nəzərinə ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün nəşr edilmiş  “Riyaziyyat” fənni üzrə vəsait  təqdim edilib. Qeyd olunub ki, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları dərc edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info