Rustavidə polislə etirazçılar arasında qarşıdurma olub
Tarix: 03.02.2017 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Gürcüstanın Rustavi şəhərində polislə etirazçılar arasında qarşıdurma olub. “İnfo Rustavi” saytının məlumatına görə, qarşıdurma “Rustavi Azot” kimya zavodunun işsiz qalan əməkdaşlarına dəstək məqsədi ilə keçirilən yürüş zamanı baş verib. Aksiyada tələbələr, həmkarlar təşkilatlarının nümayəndələri və “Azot” zavodunun keçmiş işçiləri iştirak ediblər. Şartava meydanından başlayan aksiya şəhərin mərkəzi küçəsində yürüşlə davam etdirilib, nəticədə yolda nəqliyyatın hərəkəti dayandırılıb. Polisin müdaxilə cəhdi qarşıdurma ilə nəticələnib. Bildirilir ki, insident zamanı aksiya iştirakçıları və polis əməkdaşları xəsarət alıblar. Polis müdaxiləsinə rəğmən, aksiya dayandırılmayıb. İştirakçılar meriya binasına doğru irəliləyirlər. Qeyd edək ki, “Rustavi Azot” zavodunun yeni rəhbərliyi müəssisədə ixtisarlar aparıb. Nəticədə ötən ay 2010 əməkdaşla müqavilələr yenilənib, 340 nəfər isə ixtisara düşüb. Müəssisə direktorunun müavini İosif Qozalişvili faktı təsdiqləyib və bildirib ki, şirkət işsiz qalan şəxslərə 3 ay ərzində 1500 lari təzminat ödəyəcəyini bəyan edib. Lakin bu vəd işsiz qalanları qane etmədiyindən onlar etiraz aksiya keçirməyi üstün tutublar.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info