“Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır”
Tarix: 03.02.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında təkcə coğrafi deyil, həmçinin iqtisadi və mədəni baxımdan körpü rolunu oynayır”.
Bu fikir Azərbaycan ilə İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterin xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı təbrik məktubunda öz əksini tapıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, D.Burkhalter Azərbaycan ilə İsveçrə arasında yüksək səviyyəli münasibətləri və son 25 il ərzində bir çox sahələrdə inkişaf edən əməkdaşlığı qeyd edib. İsveçrəli nazir mövcud tərəfdaşlığın ölkələrimiz arasında güclü bağları əks etdirdiyini vurğulayıb və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Didye Burkhalter dostluq ruhundan çıxış edərək Azərbaycan xalqına xoş arzularını çatdırdığını qeyd edib. Nazir Elmar Məmmədyarovun isveçrəli həmkarına ünvanladığı məktubda isə iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğu və müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf etdiyi vurğulanıb. Məktubda tərəflər arasında dinamik siyasi dialoqun və parlamentlərarası əlaqələrin əhəmiyyəti qeyd edilib. İsveçrənin 70-dən çox şirkətinin Azərbaycanda, SOCAR-ın isə bu ölkədəki uğurlu fəaliyyətinə toxunan E.Məmmədyarov ölkəmizdəki nəqliyyat və dəmir yolu layihələrinə İsveçrə şirkətlərinin cəlb olunmasının ikitərəfli münasibətlərə töhfə verdiyini, eləcə də bu ölkə üçün regional perspektivdə Uzaq Şərqdən Şimali Avropaya qədər böyük coğrafiyada geniş imkanlar açdığını qeyd edib. E.Məmmədyarov təhsil, mədəniyyət, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info