Sanksiyalar yumşaldılır
Tarix: 04.02.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün hər hansı addım atmadığını bəyan edib. Bunu Ağ Evdən bildiriblər. “Mən heç nəyi yumşaltmamışam”, - deyə D. Tramp söyləyib./i>
Ağ Evin mətbuat katibi Şon Spayser isə sanksiyaların yumşaldılmadığını, sadəcə, onların şamil olunduğu sahənin dəqiqləşdirildiyini deyib: “Bu, Maliyyə Nazirliyinin fəaliyyətində adi haldır, onlar sanksiyaların tətbiqindən sonra spesifik məsələləri tez-tez dəqiqləşdirirlər”. Qeyd edək ki, Rusiya kütləvi informasiya vasitələri ABŞ-ın Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) qarşı sanksiyaları yumşaltdığı barədə xəbər yayıblar. Söhbət Rusiyaya informasiya texnologiyaları məhsullarının satışından gedir. Rusiyada bu məsələni FSB tənzimləyir. ABŞ Maliyyə Nazirliyi ölkə şirkətlərinin bu məhsulları Rusiyaya satmasında yarana biləcək problemə yol verməmək üçün məsələyə aydınlıq gətirib. Xatırladaq ki, ABŞ-dakı seçki dövründə Demokratlar Partiyasının serverlərinə haker hücumları ilə əlaqədar keçmiş prezident Barak Obama tərəfindən FSB-yə qarşı sanksiya tətbiq edilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info