“Jerusalem Post” qəzetində Xocalı qətliamı və Yəhudi Holokostu ilə bağlı məqalə
Tarix: 04.02.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Xocalı qətliamı və Yəhudi Holakostu: “Soyqımların anımında laqeydlik və inkara qarşı mübarizədə birləşək” İsrailin ən nüfuzlu məzrkəzi-sağçı qəzetlərindən biri olan “Jerusalem Post”-da “Xocalı qətliamı və Yəhudi Holokostu: Soyqımların anımında laqeydlik və inkara qarşı mübarizədə birləşək ” başlığı altında məqalə dərc olunub. Məqalənin müəllifi Fransanın Montesquieu Universitetinin siyasi elmlər üzrə məzunu və hal-hazırda İnsan Hüquqları İnstitutunun doktorantı Səid Musayevdir. Holokost soyqrımının yanvarda, Xocalı soyqrımının isə fevral ayında xatirələri anılır. 27 yanvar 2017-ci il Beynəlxalq Holokost soyqrımı Anım günü Soyqırımı qurbanlarının xatirəsinin əbədilləşdirilməsi məqsədiylə Dünya Yəhudi Konqresi “Biz Anırıq” (“We Remember”) beynəlxalq kompaniyaya start verib. Yüz milyondan artıq insanın qoşulduğu kampaniya dinindən, rəngindən, milliyyətlərindən asılı olmayaraq sosial medialarda böyük kütlənin dəstəyinə səbəb olub. Sözsüz, minlərlə Azərbaycanlı da insanlığa qarşı törədilmiş vəhşililiyin simvolu olan Holakost qurbanlarının anımına həsr olunmuş layihəyə sosisal şəbəkələr (“Twitter”, “Facebook”) vasitəsilə qoşuldu. Əlbəttə, Azərbaycan bu kampaniyaya qoşulmalı idi, çünki bu ölkənin insanları da hər il Xocalıda tarixin qanlı səifələrindən qalan eyni ağrıları, acıları yaşayır. XX əsrin faciəli hadisələrlə yadda qaldığını, Tutsilərdən, Azərbaycanlılara, Yəhudilərin Şoahda, Yezidi xristianların İraqda və Suriyada hələ də soyqrıma məruz qaldığını xatırladan müəllif BMT-tərəfindən rəsmi şəkildə 1945-ci ildən etibarən qəbul olunan soyqrım terminin bir qrup insanın məhz həmin qrupa məhsus olduğu səbəbdən planlı şəkildə öldürülməsinə istinad etdiyi bildirilir. Biz Holakost və Xocalı soyqrım aktlarını, hər iki soyqrımlar zamanı ölənlərin və onların yaxınlarının əzablarının unudulmaması və ya heç zaman rədd edilməməsini təmin etməyə borcluyuq, həm də dünyanın hər hansı yerində hər hansı bir insanına qarşı yenidən baş verə biləcək bu tip vəhşilikləri dayandırmaq üçün əlimizdən gələn hər şeyi etmək üçün anmalıyıq. İsrail və Azərbaycan tarixlərinin oxşarlığının qeyd edən müəllif 27 yanvar 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı iqamətgahında Holakost soyqrımının 70-ci il dönüm nitqi zamanı Xocalı soyqrımını xüsusi vuğulayan Yəhudi dövlətinin prezidenti Röven Rivlinin Azərbaycanlıların acı talehinə biganə yanaşmamışdır. Hər il fevral ayı Xocalı əhalisinin yaralarının yeniləndiyinin qeyd edildiyi bu məqalədə, müəllif öz yurd-yuvasında Ermənilər tərəfindən törədilmiş qırğın nəticəsində Xocalıda amansız qətlə yetirilmiş hər qurbanların hər birinin bir hekayəsi, bir ailəsisi, bir uşaqlıq xatirəsi, bir gələcəyi var idi. Azərbaycanda Xocalıdan olan sakinlərinin mənəvi itkisi bir tərəfdən bu il Xocalı Soyqrımının 25-ci ildönümünün qeyd olunması, digər tərəfdən isə bu cinayətin törədənlərin hələ də cəzalandırılmaması ilə əlaqədardır. Qafqaz regionun yüz illiklər boyu müxtəlif müharibə və münaqişələrin, eləcə də faciələrin şahidi olmasının qeyd edildiyi məqalədə Xocalının Ermənistan tərəfindən Azərbaycanlılara qarşı Dağlıq Qarabağda işğalı, etnik siyasət və zorakı departasiya siyasətiləri zamanı yaşanılmış insanlıq dramının kluminasiyası olduğu qeyd olunur. Tarixi xronologiya Ermənilərin Azərbaycanlılıara qarşı qanlı qətliamlarının hələ XX əsrin başlanğıcından başlanmasını təsdiq edir. Bu zorakı deportasiya siyasətinin birinci mərhələsi (1918-1920) Azərbaycanlılıarın tarixi dədə-baba torpaqlarında düşünülmüş şəkildə təcrid olunaraq güc yolu ilə deportasiya edilməklə hal-hazırkı Ermənistan dövlətinə çevrilməsi ilə başlayır. Digər formalı etnik təmizləmə xüsusilə Azərbaycanlılıarın qırğına məruz qalmasına gətirib çıxarmışdır. Arxiv faktlarına əsasən, indiki Ermənisatan ərazisində yaşayan 565 mindən 575 minədək Azərbaycanlı Birinci Dünya müharibəsi zamanı qırılmış yaxud da zorakılıqla öz yurdundan qovulmuşdur. Ermənistanın Cənubi Qafqazda yeganə mono-etnik və rasist bir millət olduğunu qeyd olunduğu məqalədə, bu ölkənin tarixi etnik təmizləmə və işğal siyasəti nəticəsində Dağliq Qarabağ və ətraf 7 fiziki-iqtisadi rayonun da daxil olduğu Azərbaycanın 20 % torpağının hələdə işğal altında olduğu vurğulanır. Əlbəttə Erməni təcavüzkarlarının dənizdən dənizə "Böyük Ermənistan" yaratmaq xülyası bu nankor insanları Bakıdan başlayaraq Naxçıvana, Şamaxı, Zəngəzur və indiki Ermənistanın Azərbaycanlıların üstünlük təşkil etdiyi digər rayonlarındada vəhşiliklər törətməsinə səbəb olmuşdur. Faciəlisi orasındadır ki, bugün Ermənistan idarəetmə aparatında əyləşən Serj Sarkisyan (hazırkı prezident), Seyran Ohanian (sabiq müdafiə naziri), Lev Kocharian (sabiq prezident) və digər onlarla bu tip hökümət adamları Dağlıq Qarabağın işğalı zamanı Azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqrınmının və etnik təmizləmə siyasətinin həyata keçirilməsində birbaşa iştirak etmişlər. Beynəlxalq hüququn "insanlığa qarşı törədilmiş cinayətlər" yeni doktrinasının ortaya çıxması instutlaşdırılmış ədalətlə cəzalandırlımamanın əvəz olunması oxşar soyqrımların yenidən təkrarlanmasına qarşı vaksin təsirinə malikdir. Bütün tarixi hadisələri bir araya qoyaraq Erməni millətçi Daşnaksütun (the Armenian Revolutionary Federation) partiyası ilə Almaniyasında Hitlerin totalitar nasist partiyası arasında müqayisələr aparıldığı məqalədə Səid Musayev bugün İrəvanda əyləşən Erməni rəhbərlərin daşnaksütun partiyası adıyla həyata keçirdikləri qeyri-rasional və irqçi vandalism əməlləri Alman Nasistlərinin Yəhudilərə qarşı törətdikləri qırğın aktlarının xarakterindən heç də geridə qalmadığı fikrini əsaslandırır. Yəhudi soyqırımı ilə bağlı problemin əlaqəli aspekti Alman dövlət aparatının və Nazı partiyasının arasında əlaqələr var olduğunu təsdiq edir. Belə ki 1945-49-cü illərdə baş tutmuş Nürnberq prosesi aydın göstərir ki, III Reyxin rəhbərləri hakim partiya olaraq dövlət işlərinin idarə olunmasında və bu nifrət davranışının xarakterində birbaşa məsuliyyət daşımışlar. Nürnberqdə hazırlanmış qanunlar Hitler və onun partiyasının ideoloqlarının müdaxiləsi ilə dəfələrlə yenidən işlənmiş və sonra Berlində Reyxstaqda Hitler tərəfindən bəyan olunmuşdur. Hakimiyyəti ələ keçirdikdən sonra, Faşistlər Alman dövlətini yenidən strukturlaşdıraraq partiya funksionerlərinin iyerarxiyası vasitəsilə dövlətin əsas fəaliyyətlərinə önəmli nəzarəti əldə edirlər. Bugün soyqrım cinayətlərinin inkar olunması hallarının rastlaşdığı dünyada, inkar etmənin yeni anti-Yəhudi dalğasının tərkib hissəsi, antisemitizm simptomunun əlaməti olması məqalədə qeyd olunur. Bu həm də dünyada müasir millətçi, rasist antisemitizmin təkrarlanması ilə deyil, bunun həm də Yəhudilər əlehinə planet ürərində davam edən və yeni xarakter alan müasir siyasi mədəniyyətin tərkibinə uyğunlaşan nifrətçilik hissi ilə əlaqədar olması müəllif tərəfindən qeyd olunur. İsrailin Baş Naziri Benyamin Netanyahunun 27-yanvar 2017-ci il Beynəlxalq Holakost Soyqrımının anım günü Jerüsəlimdə Yad Vaşem müzeyində etdiyi çıxışı zamanı Yaxın Şərqdə yaşamağın çətinlikləri, Avropada bugün də antisemitizmin artdığını xüsusi qeyd edir. “"Biz qurbanlarının və bu cinayəti xatırladığımız kimi, biz Yəhudi xalqına olan nifrətə doyulmadığı - bu böyük fəlakət köklərini də heç vaxt unutmamalıyıq , "Netanyahu çıxışı zmanı bildirmişdi. Xatırladaq ki, Yəhudi və Azərbaycan xalqları niyyətli, fiziki və qabaqcadan planlaşdırılmış qırğına, soyqrım aktına məhz öz etnik və milli kimlik köklərinə görə məruz qalıblar. Hər iki Xalqların nifrət ideologiyalarının qurbanlarına çevrilmələrini müəllif Jerusalem Post oxucularına bildirərək 26 fevral 1992-ci ildə şaxtalı bir qış gecəsi Ermənilər tərəfindən Xocalıda necə insanlıq dramının həyata keçirilməsini izah edir. Əvvəlcədən planlaşdırıldığı kimi, humanitar korridora qocalı cavanlı, uşaqlı analı Xocalı əhalisinin çıxışına imkan verilməyərək onların Xankəndi şəhərində yerləşən 366-cı Motoatıcı Piyada Alayının ağır silahları ilə və xüsusi amansızlıqla qırılması sözün həqiqi mənasında bir dramı xatırladır. Qısa müddət ərzində 613-günahsız insanın aralarında 106 qadın, 83 uşaq, 56 orta yaşlı silahsız insanın vəhşiliklə qətlə yetirilməsi neçə insanı ailəsiz, neçə insanı isə ata-anasız, övladsız qoydu. Azərbaycan dövləti müstəqillikdən bəri Xocalıda Ermənistan tərəfindən soyqrıma məruz qalan sakinlərin yaxınlarının yaralarını sarmağa çalışır. Əlbəttə 6 milyondan artıq Yəhudinin insanlığa sığmayan xüsusi amansızlıqla qırıldığı Holakost, yaxud da Xocalı əlbəttə hər iki soyqrım aktları anılmalı, unudulmamalıdı. Çünki yaddaş və xatırlamaq şəhidlərin yaddaşlardan silinməsinin qarşısını alacaq ən böyük müqavimətdir. Dünyada nüfuzlu insan hüquqularının beynəlxalq müdafiə təşkilatlarında biri olan ‘Human Rights Watch’ təşkilatının 1992-ci ildə Xocalı qətliamı ilə bağlı açıqladığı hesabata diqqətləri çəkərək müəllif Ermənistan əskərlərinin humanitar korridorun bağlanaraq silahsız, günahsız uşaqlara, yaşlı insanlara və qadınların xüsusi vəhşiliklə qırdığını, mədəni və tarixi irsin necə məhv etməsiqeyd edilir. 1941-ci ildə Polşa əsilli ABŞ-da sığınacaqçı kimi yaşayan Rafael Lemkinin ixtira etdiyi "soyqrım" kəlməsi Yəhudiləri təsəffür edərək elə Azərbaycanlıların da daxil olduğu bütün soyqrıma məruz qalmış Xalqların çəkdiyi əziyyəti təcəssüm etmişdir. Bu il Xocalıda həyata keçirilmiş soyqrım aktının müəlliflərinin cəzalandırılması naminə Azərbaycan dövlətinin bütün beynəlxalq tribunalardan Xocalıya ədalət fəryadı naminə, Yəhudilərlə Azərbaycanlılar ədalət, soyqrımların anılması və onların inkarına qarşı mübarizədə səylərini birləşdirməli olduğunu qeyd edən müəllif, İsrailin Müdafiə naziri Aviqdor Libermanın 2015-ci ildə İsrailin Akko şəhərində Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “ Xocalıya Ədalət” beynəlxalq təbliğat kampaniyası çərşivəsində həyata keçirilən anım tədbirinində səsləndirdiyi fikirlər oxuculara xatırlanır . "Tarixdə bəşəriyyətə qarşı törədilmiş lakin unuda bilinməyəcək çoxlu faciələr baş vermişdir. Xocalı da bunlardan biridir. Təəssüflər olsun ki, biz anmır və bu faciələrdən dərs çıxartmırıq. Biz bura Azərbaycanın İsailin təcrübəsiylə səylərini birləşdirərək gələcəkdə belə soyqrımların qarşısının alınmasını bəyan etmək məqsədiylə toplaşmışıq. " Əlbəttə hər iki qırğınlar zamanı Yəhudilər Yəhudi olduqları üçün, Azərbaycanlılar isə Azərbaycanlı olduqları üçün bu soyqrım aktlarına məruz qalmışdır. Buradan belə nəticə çıxır ki, hər iki soyqrımlar eyni iyrənc məntiq – bəşəriyyətə qarşı dəhşətli cinayət aktı düşüncəsiylə reallaşdırılmışdır. Əlbəttə bu məqaləni yazmaqla, Holokost soyqrımı ilə Xocalı soyqrımının eyni olduğunu, yaxud tarixdən bəhrələnərək revanşizm hislərinə qapılmaq məqsədinin nəzərdə tutulmadığı, bunu əksinə bu cinayətlərə qarşı dünya ictimaiyyətinin laqeyd qalmamasını və onları hər zaman xatırlanmasına tövhə vermək əsas niyyətimizdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info