Dünyada iqtisadi böhran dərinləşib: Avropada tərəvəz qıtlığı yaranıb
Tarix: 04.02.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib”

Dünya iqtisadiyyatında baş verən gərginliklər, bank sektorundakı çalxalanmalar, inkişaf sürətinin aşağı olması və zəif makroiqtisadi göstəricilər mənfi nəticələrə gətirib çıxarmaqdadır. Bu gün dünyada yoxsulluq həddində olan ölkələr, gündəlik ehtiyaclarını ödəmək üçün kifayət qədər gəliri olmayan insanlar var.
Yoxsulluğun yaranması müxtəlif səbəblərlə bağlıdır. Bunlar, əsasən, ətraf faktorlar, iqtisadi, siyasi, ictimai səbəblərlə bağlıdır. Hələ sentyabr ayında Nyu-Yorkdakı BMT-nin Baş Məclisində iştirak edən liderlər bir müqavilə imzaladılar: “2030-cu ilə qədər dünyada hazırkı hesablamayla, gündə 1,25 dollardan az gəlirlə yaşayan insanların daxil olduğu həddindən artıq yoxsulluq tamamilə yox ediləcək”. Ancaq bu müqavilədən cəmi 10 gün sonra bununla bağlı çox əhəmiyyətli bir dəyişiklik oldu. Qlobal yoxsulluq standartlarını müəyyənləşdirən Dünya Bankı, həddindən artıq yoxsulluq sərhədini gündə 1,25 dollardan 1,90 dollara yüksəltdi. Dünya Bankının həddindən artıq yoxsulluq həddini, gündə 1,25 dollardan 1,90-na qaldırması son 25 ildəki ən yüksək artım oldu. Eləcə də Dünya Bankı dünyadakı həddindən artıq yoxsul insan sayı təxminini də 2011-ci ildəkindən aşağı çəkdi. Həddindən artıq yoxsul əhali sayı 1 milyard 10 milyondan 987 milyona gerilədi. Yəni Yer kürəsindəki əhalinin 14 faizi həddindən artıq yoxsulluq həddindən aşağı yaşayır.
Beləliklə, yaşadığımız bölgədə sabitlik pozulub və iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, dünyada neftin qiyməti üç-dörd dəfə aşağı düşüb, dünyada iqtisadi böhran daha dərinləşib: “Neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləyib. Dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib”.

Somalidə 71 min uşağın ölüm riski yüksəkdir
Bu günlərdə Birləşmiş Millətlər Təşkilatı quraqlığın pəncəsindəki Somalidə təcili olaraq tədbir alınmazsa, ölkənin qıtlıq təhlükəsi ilə qarşı-qarşıya qalacağı xəbərdarlığını edib. BMT-nin Somalidə İnsanlara Kömək üzrə koordinatoru Peter də Clercq açıqlamasında Somalidə vəziyyətin hər gün daha da pisləşdiyini deyib. Somalidə 6,2 milyon insanın, yəni ölkə əhalisinin yarısının aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğunu söyləyib. O, həddindən artıq dərəcədə qeyri-kafi qidalanmağa məruz qalmış beş yaşdan aşağı 363 min uşaqdan 71 min nəfərinin ölüm riskinin yüksək olduğuna diqqəti çəkib.

İngiltərə iqtisadiyyatının zəifləməsi davam edəcək
Dünyada güclü iqtisadiyyatı ilə tanınan ölkələrdən olan İngiltərə iqtisadiyyatında problemlər yaşanır. Milli İqtisadi və Sosial Araşdırmalar İnstitutu (NIESR) ingilis iqtisadiyyatında yaşanan problemi açıqlayıb. NIESR-in məlumatına görə, qarşıdakı bir neçə il ərzində ingilis iqtisadiyyatında artım yavaşlayacaq. İngilis iqtisadiyyatının keçən il üçün olan 2 faiz nisbətindəki artım, bu ilin sonunda 1,7 faiz, gələcək ilin sonunda isə 1,9 faiz səviyyəsinə geriləyəcək.
Keçən il İngiltərədə ortalama 1,2 faiz səviyyəsində olan inflyasiyanın bu ilin sonunda 3,3 faiz səviyyəsinə yüksələcəyi, 2018-ci ildə isə 2,9 faiz səviyyəsində olacağı gözlənilir. Mövcud vəziyyətlə bağlı NIESR rəsmisi Simon Kirby bildirib ki, 2016-cı ildə güclü istehlak tələbi iqtisadi böyümənin arxasında dayanan əsas səbəb idi. Lakin bu il artan qiymətlər səbəbilə alış gücü azalacaq.

Avropada badımcan, pomidor və bibər istehsalı azalıb: kahı, brokoli satışı məhdudlaşdırılıb
İngiltərənin bəzi supermarketləri isə əhalini bir sıra tərəvəzlə təmin edə bilmir. Ölkənin nüfuzlu supermarket zənciri olan “Tesco” kahı satışına məhdudiyyət qoyub. “Tesco” müştərilərinə alış-veriş zamanı ən çox üç kahı satın almalarına icazə verir. "Kahı böhranı"nı xüsusilə İspaniyadakı pis hava şərtlərinin gətirib çıxardığını söyləyən “Tesco” səlahiyyətliləri, təchizatçıların problemi həll etməyə çalışdıqlarını açıqlayıb. İngiltərədə supermarketlərdə ehtiyat kahılar hələ də ABŞ-dan gəlir. Bundan başqa, İngiltərənin bir digər supermarket şəbəkəsi “Morrisons” da müştərilərinə brokoli satışını məhdudlaşdırıb. “Morrisons” da müştərilərinin hər alış-verişdə ən çox üç brokoli satın almalarına icazə verir. Qeyd edək ki, İngiltərə mağazalarında də keçən ay da balqabaq problemi yaşanırdı.
“Morrisons” nümayəndəsi bildirib ki, bu il İspaniyada yaşanan məhsulla bağlı çətin şərait səbəbilə yalnız müştərilərimizə çatacaq qədər məhsulumuz var. Bu sahə üzrə ekspert Dieter Lloyd deyib ki, İspaniyada yaşanan sel məhsullara zərər verib və torpağ yeni bir əkin üçün çox nəmdir: "İspaniya, Avropanın təzə tərəvəz ehtiyacının 80 faizini ödəyirdi. Vəziyyətdən əziyyət çəkən yalnız İngiltərə deyil". Yanvar ayı ərzində havanın soyuq olması da ispan əkinçilərin fəaliyyətini məhdudlaşdırıb. Avropada badımcan, pomidor və bibər istehsalının də azaldığı bildirilir. İspaniya meyvə və tərəvəz yetişdiriciləri birliyi (FEPEX) ispanaq və kahı kimi məhsullardakı qıtlığın isə hələ davam edəcəyini bildirib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info