Qaxda “kütləvi çıxarış” kampaniyasından 120-yə yaxın rayon sakini yararlanıb
Tarix: 04.02.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyasından bu dəfə Qax rayonunun Qum və ətraf kəndlərin sakinləri yararlanıblar. Dünən təşkil edilən kampaniya çərçivəsində 50-ə yaxın vətəndaşa əmlaklarına dair çıxarışlar təqdim olunub.
Sənədlər sakinlərə mobil ofislər vasitəsi ilə birbaşa yaşadıqları məntəqələrdə təqdim edilib. Vətəndaşlara verilən çıxarışlar, əsasən, fərdi yaşayış evləri, pay torpağı və həyətyanı torpaq sahələrini əhatə edib. Kampaniya zamanı rayon sakinləri əvvəllər digər qurumlar tərəfindən onların əmlakları və torpaq sahələrinə dair verilmiş vəsiqə və şəhadətnamələri də çıxarış sənədi ilə əvəz ediblər. Kampaniya çərçivəsində, eyni zamanda Qum və ətraf kəndlərin 35-ə yaxın sakinindən çıxarış sənədinin hazırlanması üçün əmlaklarına dair ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib. Onlara yeni çıxarışların hazır olacağı tarix və həmin çıxarışların birbaşa ünvana gətirilərək təqdim olunacağı ilə bağlı məlumat verilib. Bundan əlavə, kampaniya zamanı əmlaklarını qeydiyyatdan keçirmək üçün qeydiyyat prosedurları və ilkin hüquq müəyyənedici sənədlərin toplanması ilə bağlı müraciət edən 30-a yaxın rayon sakininə də operativ qaydada hüquqi yardım xidmətləri göstərilib. Vətəndaşların qeydiyyatla bağlı sualları cavablandırılıb, onlara hüququ istiqamət verilib. “Kütləvi çıxarış” kampaniyasından yararlanan rayon sakinləri prosesin sadə və rahat olmasından məmnunluqlarını ifadə ediblər. Qeyd edək ki, “kütləvi çıxarış” kampaniyası ilə paralel olaraq, Komitənin digər sosial layihəsi olan “Mobil Ofis Xidməti” də gündəlik vətəndaşların ünvanlarına gedərək, fərdi qaydada qeydiyyat xidmətləri göstərir. Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir. Mobil ofis xidmətləri vasitəsilə indiyədək 72 minə yaxın müraciət təmin olunub. “Kütləvi çıxarış” kampaniyasının əsas üstünlüyü ondadır ki, sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Mobil xidmətlər çıxarış almaq üçün qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının əsasında həyata keçirilir. Rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Vətəndaş xidmət haqqı və dövlət rüsumunu əvvəlcədən öyrənmək üçün komitənin rəsmi saytında (emdk.gov.az) yeni yaradılan “Daşınmaz əmlakın qeydiyyatı” kalkulyatorundan istifadə edə bilər. Belə ki, məbləğin əvvəlcədən dəqiq bilinməsi sənədləşdirmə işi üçün zəruri xərcləri dəqiq planlaşdırmağı təmin edir. Eyni zamanda, vətəndaşlar, fiziki və hüquqi şəxslər komitənin 31 elektron xidmətindən də faydalanır. İndiyədək elektron xidmətlər vasitəsilə 500 minə yaxın müraciət qəbul olunub və icra edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info