“Azərbaycan Pakistan üçün qardaş ölkədir”
Tarix: 04.02.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşüb.
Səfir Pakistan Milli Assambleyasının rəhbərliyi və üzvləri tərəfindən Azərbaycana münasibətdə göstərilən diqqətin məmnunluqla qarşılandığını bildirib. O, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib, assambleya sədrinin bu il Azərbaycana nəzərdə tutulan səfərinin bu əlaqələrə xüsusi töhfə verəcəyini diqqətə çatdırıb. Ə.Əlizadə ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, Prezident İlham Əliyevin Pakistanla münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb. Əlavə edib ki, Pakistan Azərbaycan üçün dost və qardaş ölkədir. Diplomat Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycana göstərdiyi dəstəyə görə Pakistan tərəfinə təşəkkür edib. O, Azərbaycanın da Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tezliklə həll edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində, o cümlədən Kəşmirdə həyata keçirilən humanitar və sosialyönümlü layihələr haqqında məlumat verən səfir bu layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Diplomat bu layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib. Səfir fevralın 26-da təcavüzkar Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilmiş Xocalı soyqırımının 25-ci ildönümünün qeyd olunacağını deyib. O, Xocalı faciəsinin tanınmasını və bu soyqırımını törədənlərin məsuliyyətə cəlb edilməsini, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsini və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin Pakistan Senatı tərəfindən qəbul edilməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Milli Assambleyanın sədri S.A.Sadiq Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu bildirib. O, Azərbaycanın Kəşmir məsələsi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dağlıq Qarabağ məsələsinin hər zaman diqqətdə saxlanıldığını, Pakistanın daim Azərbaycanı dəstəklədiyini bildirən Milli Assambleyanın sədri 1992-ci ildə Ermənistan tərəfdən törədilən Xocalı soyqırımının da unudulmadığını bildirib. Parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayan S.A.Sadiq münasib zamanda Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Avropa Şurasının yeni Baş katibi seçilib
26.06.2019
Strasburqda Azərbaycanda aparılan islahatlara həsr olunmuş tədbir keçirilib
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info