“Trampın Avropa Birliyinə “təzyiqi” ilə barışmaq olmaz”
Tarix: 04.02.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Moqerini ABŞ-la Avropa Birliyi arasında miqrantlarla bağlı məsələdə fikir ayrılığı olduğunu etiraf edib

Fransa prezidenti Fransua Olland Avropa Birliyini ABŞ-ın yeni rəhbərinin təzyiqləri ilə barışmamağa çağırıb. Bu bərədə məlumatı “Frans Press” agentliyi yayıb.
“ABŞ prezidentinin Avropanın bu günü və gələcəyi barədə yürütdüyü təzyiq yönümlü iddialar qəbul edilə bilməz” - deyə Olland 27 Avropa Birliyi ölkəsinin Maltada keçirilən sammitində bildirib. Xatırladaq ki, bir müddət bundan əvvəl Avropa KİV-lərinə verdiyi açıqlamada ABŞ prezidenti Donald Tramp qeyd etmişdi ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq qərarı doğrudur. O, Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini kəskin tənqid etmişdi. Bununla yanaşı, NATO-nu köhnəlmiş təşkilat kimi dəyərləndirən Amerika lideri Rusiya ilə münasibətlərin yaxşılaşdırılması perspektivləri barədə də fikir bildirmişdi. Həmin vaxt Trampın fikirlərinə münasibət bildirən Olland Avropanın kənardan məsləhətlərə ehtiyacı olmadığını bəyan etmişdi. O, Avropa Birliyinin həmişə Transatlantik əməkdaşlıq üçün səy göstərəcəyini, eləcə də öz maraqlarına uyğun qərarlar qəbul edəcəyini bildirmişdi. Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət üzrə komissarı Federika Moqerini də Malata sammitində jurnalistlərə verdiyi açıqlamada ABŞ-la münasibətlərə toxunub: “Müxtəlif mövzu ətrafında fikir ayrılıqları olmasına baxmayaraq, Avropa Birliyi ABŞ-ın yeni administrasiyası ilə dostluq münasibətlərini davam etdirəcək. Biz Amerika xalqı və administrasiyası ilə dost olaraq qalacağıq. Bizim aydın prioritetlərimiz mövcuddur və bu prioritetlər əsasında da əlaqələrimizi davam etdirəcəyik”. Moqerini ABŞ-la Avropa Birliyi arasında miqrantlarla bağlı məsələdə fikir ayrılığı olduğunu etiraf edib. O, hazırda ABŞ-da yaşananları böhran kimi dəyərləndirib: “Amerikalılar özləri bu böhrandan çıxmağa çalışmalıdırlar”. Xatırladaq ki, Trampın ölkənin xarici terrorçulardan müdafiəsi haqqında imzaladığı sərəncama əsasən 90 gün müddətinə yeddi müsəlman ölkə vətəndaşlarının ABŞ-a daxil olmasına qadağa qoyulub. Bu qərar ölkənin bir neçə şəhərində nümayişlərə səbəb olub.
Ağasəf Babayev












 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info