“Şəfəq” sanatoriyasında məskunlaşan məcburi köçkünlərin problemləri həll olunacaq
Tarix: 04.02.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Binəqədi rayonunun Sarıqaya massivində yerləşən “Şəfəq” sanatoriyasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.
Sanatoriyada Laçın rayonundan 62, Şuşa şəhərindən 18, Zəngilan rayonundan 3, Ağdam rayonundan 3, Füzuli rayonundan isə 2 ailə məskunlaşıb. Ümumilikdə, sanatoriyada 297 məcburi köçkün məskunlaşıb. Baş nazirin müavini Əli Həsənov burada məskunlaşan ailələrin yaşadıqları mənzillərdə olub, məcburi köçkünlərin problemləri ilə maraqlanıb, bu problemlərin həlli ilə bağlı müvafiq strukturların nümayəndələrinə göstərişlərini verib. Məcburi köçkünlər öz yurd-yuvalarını tərk etdikdən sonra daim dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını söyləyiblər. Onlar məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Prezidentin imzaladığı fərmanı yüksək qiymətləndirib, məcburi köçkünlərin hər zaman dövlətimizin başçısını dəstəklədiklərini ifadə ediblər. Məcburi köçkünlər işğal altındakı torpaqlarımızın Prezidentin rəhbərliyi altında ən qısa müddətdə azad olunacağına inandıqlarını vurğulayıblar. Onlar işıq, su və qazla bağlı olan bəzi problemlərinin də qısa müddətdə həll olunacağına əminliklərini ifadə ediblər. Baş nazirin müavini Əli Həsənov “Azərişıq” ASC, “Azərsu” ASC-nin və “Azəriqaz” İstehsalat Birliyinin görüşdə iştirak edən sədr müavinlərinə məcburi köçkünlərin səsləndirdikləri problemlərin həlli ilə bağlı bəzi tapşırıqlar verib. Görüşdən sonra jurnalistlərə müsahibə verən komitə sədri Əli Həsənov deyib ki, Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirdiyi kimi, qəzalı vəziyyətdə olan binalardan məcburi köçkünlərin köçürülməsi ilə bağlı qərar verilib. Artıq müəyyən vəsait də ayrılıb, layihə işlərinə başlanılıb. İlkin mərhələdə ən ağır vəziyyətdə olan Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan 260 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır. Tikinti üçün də yerlərin artıq seçildiyini bildirən komitə sədri deyib ki, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik qəsəbənin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasının tikilməsi nəzərdə tutulub. Bu dörd bina ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Qısa müddətdə layihələr icra olunacaq və binaların tikintisinə başlanılacaq. “Şəfəq” sanatoriyasından çoxsaylı müraciətlərin daxil olduğunu bildirən Əli Həsənov deyib: “Buraya gəlib vəziyyətlə yerində tanış oldum, sizin də gördüyünüz kimi, vəziyyət çox acınacaqlıdır. İstəyirdik müvəqqəti olaraq müəyyən təmir işləri görək. Ancaq burada təmir işləri görmək mümkün deyil. Sanatoriya ətrafındakı ayrı-ayrı evlərdə təmir işləri aparıb vəziyyəti mümkün qədər yaxşılaşdırmaq mümkündürsə, onu edəcəyik. Ancaq bütövlükdə bu sanatoriyanın vəziyyəti ilə bağlı rəhbərliyə məruzə edəcəyəm. Qərar veriləcək və biz də o qərarı təcili icra edəcəyik”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info