“Prezident seçkilərində müxalifətin məğlubiyyəti birmənalıdır“
Tarix: 10.04.2013 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Siyasi ekspert Cümşüd Nuriyev hesab edir ki, qarşıdan gələn prezident seçkilərində müxalifətin məğlubiyyəti birmənalıdır. “Trend”ə açıqlama verən ekspert deyib ki, “müxalifət seçkiyə "buket"lə gəldiyinə görə indidən iqtidarın namizədini təbrik etmək olar".
O vurğulayıb ki, vahid namizəd məsələsində müxalifət bir araya gələ bilmədi və gələ bilməyəcəyi də əvvəlcədən proqnozlaşdırılmışdı: "Amma müxalifətin bir-birinə bu dərəcədə düşmən kəsildiyini açığı gözləmirdim. Əgər bir ölkənin müxalifətində olan liderlər bir-birinə etibar etmir və bir-birilərini müxtəlif xarici dövlətlərə işləməkdə suçlayırlarsa, onda xalq neyləməlidir?". O qeyd edib ki, bir az kobud çıxsa da, Azərbaycan müxalifətini "saxta" müxalifət adlandırmaq olar. C.Nuriyev hesab edir ki, fikirlə müxalifət olmaq hələ müxalifət olmaq deyil: "Müxalifət dünyanın hər yerində siyasi dəst-xəttlə müxalifət olur. Kimlərisə küçəyə tökməklə, kimlərisə döydürməklə, özü arxada durmaqla müxalifət olmaz". O hesab edir ki, bu, müxalifətçilik yox, çayxana səviyyəsində düşüncə tərzindən doğan bir şeydir. C.Nuriyev qeyd edib ki, əvvəllər gün ərzində heç olmasa, 12 saatlıq müxalifət var idi, indi 6 saatlığa keçib, müxalifətin sifəti gündə 4 dəfə dəyişir: "Xalq 24 saat olanı qəbul edir, 6 saatı qəbul etmir. Qalan 18 saatı müxalifət kim olmalıdır? Bu, nə müxalifətçilikdir? Gah bitərəf olurlar, gah Amerikanın, gah Rusiyanın, gah da digər ölkələrin adamı olurlar".




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info