Azərbaycanın enerji resursları Türkiyənin strateji rolunu artırır
Tarix: 06.02.2017 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Türkiyənin Avropaya neft və qaz nəql etməsi baxımından rolu artaraq strateji səviyyəyə çatıb. Bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) Türkiyə üzrə hesabatında deyilir.
 
Hesabatda qeyd edilib ki, 2015-ci ildə İstanbul və Çanaqqala boğazları vasitəsilə dünya bazarlarına gün ərzində 2 mln. bareldən çox xam neft daşınıb.
 
Sənəddə vurğulanıb ki, Türkiyənin təsdiq olunmuş neft ehtiyatlarının həcmi 312 mln. bareldir. Ehtiyatların böyük bir qismi Türkiyənin cənub-şərqində yerləşir. Sənədin müəllifləri qeyd edir ki, Türkiyədə gündəlik 62 min barel neft istehlak olunur.
 
Bundan başqa, 2015-ci ildə Ceyhan limanından gün ərzində dünya bazarlarına 650 min barel Azərbaycan və 400 min barel İraq nefti çıxarılıb.
 
"Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılması baxımından da Türkiyənin strateji rolu artmaqdadır", - deyə sənəddə qeyd edilib.
 
2015-ci ildə Türkiyənin 48 mlrd. kubmetr qaz idxal etdiyini xatırladan EIA-nın mütəxəssisləri bildirir ki, bunun 56%-i Rusiya, 16%-i İran, 11%-i Azərbaycanın payına düşür.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info