Eldar Namazovun “vəzir-vəkili” bəlli oldu
Tarix: 10.04.2013 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Seymur Orucov: “Onun özünün nə ziyalı, nə də siyasətçi kimi heç bir nüfuzu yoxdur”

Müxalifətin hakimiyyətə gələcəkləri təqdirdə kimləri dövlət vəzifələrinə təyin edəcəkləri zaman-zaman həm düşərgənin özündə, həm də cəmiyyətdə müzakirələrə səbəb olub.
Onların “kölgə kabineti” və ya buna alternativ olan “Milli Şura”sinın tərkibi ciddi mübahisələrə səbəb olub. Çünki irəli sürülən üzvlərin bir çoxu cəmiyyət tərəfindən qəbul edilməyən, heç bir siyasi fəaliyyəti və idarəçilik qabiliyyəti olmayan insanlardır. Bəzən müxalifətin virtual siyahılarında elə adamlara rast gəlinir ki, belələri ömürləri boyu balaca bir təsərrüfatı belə, idarə etməyiblər, amma dövlət idarəçiliyində təmsil olunmaq xəyalına düşüblər. Prezident seçkiləri yaxınlaşdıqca müxalifət partiyalarının artıq “kabinet siyahı”ları dəqiqləşir, mətbuatda öz əksini tapır. İndi də “El” hərəkatı öz “kabineti”ni elan edib. Bəlli olub ki, təsadüfən Eldar Namazov hakimiyyətə gəlsə, onun “vəzir-vəkili” aşağıdakı şəxslər olacaq: siyasi məsələlər üzrə müavin -Zəfər Quliyev; ictimai əlaqələr üzrə müavin-Eldəniz Quliyev; təşkilati məsələlər üzrə müavin-Köçəri Nağıbəyli; humanitar məsələlər üzrə müavin-İlham Hüseyn.
Açıqlanan bu siyahı müxalifətin öz aralarında razılığa gəlməkdən başqa, kadr problemlərinin olduğunu da göstərir. Ümumiyyətlə isə digər problemlərin üzərinə bu problemləri də əlavə etsək, müxalifətin prezident seçkilərində indidən məğlub olduğunu demək o qədər də çətin deyil. “El” də daxil olmaqla, müxalifət düşərgəsinin problemlərindən ən əsası onlarda hər kəsin qəbul edəcəyi bir liderin olmamasıdır. Bunu müxalifətin vahid mövqedən çıxış edə bilməməsinin əsas səbəblərindən hesab etmək olar. Əlbəttə ki, hansısa bir fikrin, tutduğun yolun düzgün olduğuna, xalqı layiqincə təmsil edəcəyinə, dövlətin, xalqın maraqlarını həmişə qoruyacağına xalqı inandırmaq üçün birinci xalqın tanıdığı, fəaliyyətinə bələd olduğu, inandığı şəxs olmalısan. Bu da ancaq əməli, səmərəli fəaliyyətlə mümkündür. Hansısa aksiyalar keçirməklə, nəyəsə etiraz etməklə hakimiyyətə gəlmək mümkün deyil. Görülən işə etiraz varsa, alternativ təklif də olmalıdır. Müxalifət partiyaları, bu düşərgədə müxtəlif adlar altında birləşən qruplar isə axırıncı prezident seçkilərindən keçən son 5 il ərzində heç bir əməli fəaliyyət göstərməmiş, görəcəkləri işlərlə bağlı nə bir proqram, nə bir layihə, nə də ki başqa bir sənəd ortaya qoya bilməyib, əksinə ana müxalifət olmaq uğrunda bir-birilərinə qarşı gözdən salma kampaniyaları aparıb, hakimiyyətə gəlmək üçün radikal yolları üstün tutub və xaricdən dəstək gözləyiblər. YAP Gənclər Birliyinin sədri Seymur Quliyevin məsələyə münasibəti belə oldu: “Azərbaycan demokratik dövlətdir. Respublikamızın Konstitusiyasında dövlət idarəçiliyində iştirak etmək istəyən şəxslərin qarşısında qoyulan tələblər açıq-aydın öz əksini tapıb. Eldar Namazovun qoyulan seçki barajını belə, keçə biləcəyinə inanmıram. Onun yığmaq istədiyi komandanın üzvlərinin fəaliyyəti hər kəsə məlumdur. Onun “El” adlandırdığı hərəkat xalqda kinayə hissini oyadır. Eldar Namazov kimdir ki, onun komandası olsun. Bəlkə də, o, öz siyahısına qonşularının, tanıdıqlarının adlarını daxil edib. Eldar Namazov ilk öncə vətəndaş olmağı öyrənsin, sonra dövləti idarə etmək xəyalına düşsün. Hansısa bir qrupa “El” adını verməklə seçkidə iştirak etmək olmaz. Eldar Namazovun nə ziyalı kimi, nə də siyasətçi kimi xalq arasında heç bir nüfuzu yoxdur.”
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info