İnvestorların OPEC-in sazişinə inamı artır
Tarix: 06.02.2017 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


İnvestorların Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə inamı getdikcə daha çox artır.
AZƏRTAC xəbər verir ki, OPEC və kartelə üzv olmayan digər ölkələrin neft hasilatını azaltması nəticəsində investorların “Layt” markalı neftin qiymətinin artan istiqamətdə davam edəcəyi ilə bağlı gözləntiləri artır.
“Bloomberg”in anketinə görə, OPEC üzrə ötən ay neft təklifi gündəlik 840 min barrel azalıb.
Qeyri-OPEC ölkəsi və ən böyük neft istehsalçısı olan Rusiya da ötən ay saziş üzrə gündəlik neft istehsalını 117 min barrel azaldıb. Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
Neftin qiymətinin ötən yeddi həftədə 50 dollar/barrel səviyyəsindən yuxarıda olması isə investorların ABŞ-da şist nefti istehsalına daha çox maliyyə vəsaiti qoymalarına səbəb olub.
Xam neftin qiyməti OPEC və bəzi qeyri-OPEC ölkələrinin ötən il noyabrın sonlarında neft hasilatını azaltmaqla bağlı razılığa gəlməsindən indiyədək təxminən 19 faiz bahalaşıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info