“Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz qətidir”
Tarix: 06.02.2017 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Ukraynanın Azərbaycandakı səfirliyində iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
 
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bu il Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfər edəcəyini deyib. O, fevralın 19-da ukraynalı millət vəkillərinin Parlamentlərarası Dostluq Qrupu çərçivəsində Azərbaycana səfər edəcəklərini söyləyib.
 
Səfir ölkəsinin xarici siyasətində Azərbaycanın vacib yer tutduğunu vurğulayıb: “Rəsmi Kiyevin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi və status-kvonun qəbuledilməz olması barədə mövqeyi qətidir. Bu, 2016-cı ilin iyulunda prezident Poroşenkonun Azərbaycana səfəri zamanı bir daha təsdiqlənib”.
 
Azərbaycanın ərazi bütövlüyü uğrunda bir neçə ukraynalının öz həyatını qurban verdiyini nəzərə çatdıran A. Mişşenko rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü barədə BMT-nin qəbul etdiyi sənədləri dəstəkləməsini yüksəl qiymətləndirdiklərini bildirib. O, ikitərəfli münasibətlərin inkişafının ticarət və iqtisadiyyat, nəqliyyat, hərbi-texniki və enerji sahələrində əməkdaşlığın dərinləşməsinə yol açdığını vurğulayıb.
 
Azərbaycan XİN-in ikinci Avropa Departamentinin direktoru İlqar Muxtarov 25 il ərzində münasibətlərin yalnız irəliyə doğru getdiyini deyib: “Heydər Əliyevin dövründə 130-dək ikitərəfli sənəd imzalanıb və münasibətlərimiz strateji səviyyəyə qalxıb. İlham Əliyevin prezidentliyi dövründə iki ölkə arasında Prezident Şurası yaradılıb. Ərazi bütövlüyü məsələsində Azərbaycan Ukraynanın dəstəyini hiss edir və öz növbəsində Ukraynaya aid məsələdə beynəlxalq təşkilatların ikili standartlara yol verməsinə qarşı çıxır”.
 
Tədbirdə rəsmi şəxslər, politoloqlar, Ukrayna icmasının Azərbaycandakı nümayəndələri iştirak edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir
15.08.2019
Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info