“Sevinirik ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiyada açılacaq”
Tarix: 06.02.2017 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Biz sevinirik ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiyada açılacaq. Şübhəsiz, bu fakt bizim tərəfdaşlığımızın strateji səviyyəsinə və ticari-iqtisadi əlaqələrin davamlı olmasına sübutdur.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tlyabiçev bu fikirləri Azərbaycanın Rusiyada ilk ticarət nümayəndəsinin təyin edilməsi barədə xəbəri şərh edərkən söyləyib.
Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi deyib: “Qeyri-neft sektorunun inkişafı və qeyri-xammal sektorunda ixracın artırılması Azərbaycan Respublikası hökumətinin qeyd-şərtsiz prioritetidir. Azərbaycan rəhbərliyinin bu məsələlərin həlli üçün necə səy göstərdiyini görürük və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndəlikləri kimi yeni təsisatın fəaliyyətə başlaması, heç şübhəsiz, Azərbaycan mallarının və xidmətlərinin beynəlxalq bazarlara çıxarılması üçün əsas vasitə olacaq”.
Eldar Tlyabiçevin sözlərinə görə, Rusiyanın ticarət nümayəndəlikləri təsisatı təxminən bir əsrlik tarixə malikdir. Bu nümayəndəliklərin coğrafiyası isə bütün qitələri əhatə edir. Hazırda dünyanın 55 ölkəsində, Rusiyanın ticarət nümayəndəlikləri fəaliyyət göstərir. O cümlədən Azərbaycan Respublikasında Rusiyanın ticarət nümayəndəliyinin yaradılmasından on ildən çox keçib. 2016-cı ilin əvvəli üçün olan məlumata görə, Rusiyanın ticarət nümayəndəlikləri ümumilikdə üç milyard ABŞ dollarına yaxın məbləğdə layihələr həyata keçiriblər.
E. Tlyabiçev deyib: “Əminəm ki, ticarət nümayəndəlikləri təsisatının yaradılması ixracın həcminin artırılmasında, Azərbaycan məhsullarının satış coğrafiyasının genişlənməsində mühüm rol oynayacaq və Azərbaycan Respublikasının qeyri-xammal sektorunun inkişafına şərait yaradacaq”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşı Rusiya olub. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 2,05 milyard ABŞ dollarına bərabər olub (Azərbaycanla əmtəə dövriyyəsinin həcminə görə bütün dünya ölkələri arasında 2-ci yer), bu məbləğin 410 milyon ABŞ dolları Azərbaycandan Rusiyaya ixracın payına (Azərbaycandan ixracın ümumi həcmində 8-ci yer), 1,64 milyard ABŞ dolları isə Azərbaycana Rusiyadan idxalın payına düşüb (Azərbaycana idxalın ümumi həcmində 1-ci yer). Azərbaycandan ixracın əsas hissəsi ənənəvi şəkildə kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəz və konserv məhsullarının payına düşüb, Rusiyadan isə əsasən maşın və avadanlıq, ərzaq malları, qara metal, dərman preparatları və taxta-şalban materialları olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info