“Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçirilib
Tarix: 06.02.2017 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” otelinin “Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçirilib. İlk öncə “Aura” Sağlamlıq mərkəzinin meneceri Səbinə Yusifova iştirakçılara “Aura” Sağlamlıq mərkəzi haqqında məlumat verdi. Səbinə Yusifova bildirib ki, “Aura” Sağlamlıq mərkəzində skvoş ilə peşəkarcasına məşğul olmaq üçün 2 skvoş zalı var. Həmçinin, “Aura” Sağlamlıq mərkəzində şirkət əməkdaşları arasında korporativ idman yarışları keçirmək üçün hər bir şərait yaradılıb. Burada stolüstü tennis, skvoş, böyük tennis yarışı keçirmək mümkündür. Mərkəz haqqında ətraflı məlumat verən Səbinə Yusifova jurnalistlərə burada yaradılan şərait haqqında söz açıb. Trenajor zalında yaradılan şəraitlə yaxından tanış olan qonaqlar burada müxtəlif idman alətlərinin olmasının şahidi olublar. Qeyd edilib ki, burada məşqçi zalın imkanından yaralanan hər bir müştəri üçün istəyə uyğun olaraq fərdi qaydada məşğul olur. Mərkəzə aylıq abunə olan müştərilər isə limitsiz olaraq hətta bir gündə iki dəfə bura gələ bilərlər, sağlamlıq mərkəzində yaradılan şəraitdən maksimum yararlana bilərlər. Qeyd olunub ki, burada gigiyena qaydalarına da yüksək səviyyədə riayət olunur, baseyndən yararlananlar mütləq qaydada baş örtüyündən istifadə etməlidirlər.
Sonda mərkəzlə tanış olan qonaqlar arasında Skvoş yarışı keçirilibş
Maraq üçün qeyd edək ki, skvoş idmanın raketkalı növüdür. Skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Bu günə skvoş ən nüfuzlu və populyar idman növüdür. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də skvoş fəal istirahət etmək və ya arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin oyunudur. Qaliblərə sertifikatlar verildib.
Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir. 


Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info