Hindistan səfiri BANM-də
Tarix: 06.02.2017 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ilə görüşüb. Rektor Elmar Qasımov səfiri rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluq ifadə edib və ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Rektor ali məktəbin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, professor-müəllim heyətinin, tələbələrin uğurlarından söz açıb. Rektor BANM-in fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi yer tutduğunu və bu ali məktəbin yarandığı gündən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan söz açan rektor gələcəkdə Hindistan universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasının mümkünlüyünü dilə gətirib. Rektor yaxın vaxtlarda ali məktəbdə “Hindistan neftinin atası” sayılan azərbaycanlı neftçi-alim Eyyub Tağıyevə həsr olunmuş tədbirin keçirilməsi təklifini irəli sürüb. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün yenidən ali məktəbə dəvət edib.
Hindistanın Azərbaycandakı səfiri Sancay Rana rektor Elmar Qasımova səmimi qəbula görə öz təşəkkürünü bildirib. Səfir rektorun təkliflərini yüksək dəyərləndirdiyini deyərək razılıq verib. Hindistan ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfir əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində inkişafının əhəmiyyətini vurğulayıb. Səfir Hindistanın neft-qaz şirkətlərinin Azərbaycandakı fəaliyyətindən də söz açıb. BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərdən məmnun qaldığını və bu ali məktəblə öz ölkəsinin ali təhsil müəssisələrinin gələcək əməkdaşlığına dəstək verməyə hazır olduğunu deyib.
Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də Ali Məktəbin təqaüdü hesabına təhsili və digər məsələlər müzakirə olunub.


Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info