“Şengen müdafiəsi“ni yaratmaq mümkün olacaqmı?
Tarix: 06.02.2017 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


İtaliyanın müdafiə naziri Roberta Pinotti vahid Avropa ordusu yaradılması məsələsini yenidən gündəmə gətirib

Avropalı siyasətçilər yenidən vahid Avropa ordu məsələsini gündəmə gətiriblər. İtaliyanın müdafiə naziri Roberta Pinotti Almaniya, Fransa, İspaniya və İtaliya arasında "Şengen müdafiəsi" yaratmaq ideyası ilə çıxış edib. Maraqlıdır ki, bir çox ekspertlər italiyalı nazirin bu təşəbbüsünə şübhə ilə yanaşır. Onlar əsas kimi, Avropanın öz hərbi blokunu yaratmaq üçün heç bir resursa malik olmadığını önə çəkirlər. Roberta Pinotti öz ölkəsi də daxil olmaqla Almaniya, Fransa və İspaniyanın birlikdə vahid ordu yaratmasını mümkün hesab edir. Pinottinin fikrincə, yaradılacaq yeni hərbi blokun Amerika Birləşmiş Ştatlarından heç bir asılılığı olmamalı və əsas məqsədi Avropanın müdafiəsinin gücləndirilməsinə xidmət etməlidir: “Avropanın müdafiəsinin gücləndirilməsi Avropa Birliyinin müdafiə imkanlarını da artırmış olacaq.

“İtaliya, Almaniya, Fransa və İspaniya birlikdə vahid ordu yarada bilərlər”

Hazırda NATO üçün də Avropanın birləşmiş müdafiə strategiyasına malik olması böyük önəm kəsb edir”. Xatırladaq ki, Avropanın vahid ordu yaratmaq ideyası yenilik deyil. Hələ 2015-ci ilin martında Avropa Komissiyasının sədri Jan-Klod Yunker “Welt am Sonntag” nəşrinə verdiyi açıqlamada öz maraqlarının müdafiəsi üçün Avropa Birliyinin öz ordusunun yaratmasına ehtiyac olduğunu bəyan etmişdi: “Ümumi Avropa ordusu Avropa Birliyinə daxil olan ölkələr arasında heç vaxt müharibə olmayacağını dünyaya nümayiş etdirməlidir. Belə bir ordunun varlığı bizə təhlükəsizlik siyasəti həyata keçirməkdə yardımçı olacaq”. Qeyd edək ki, həmin vaxt Avropa Komissiyası rəhbərinin ideyasına yalnız Almaniya tərəfdar çıxmışdı. “Avropa özünün təhlükəsizlik arxitekturasını yaratmalıdır. Ona görə də belə bir ordunun yaradılması Avropa Birliyi ölkələri üçün də böyük önəm kəsb edir” - deyə Almaniyanın müdafiə naziri Ursula fon der Leyen bildirmişdi. Vahid ordu ideyası ötən ilin avqustunda Jan-Klod Yunker tərəfindən yenidən ortaya atılsa da, hələ də lazımi səviyyədə dəstək qazanmayıb. Elə Avropanın özündə də vahid ordu ideyası birmənalı qarşılanmır. Riqadan olan hərbi ekspert Yuriy Melkonova vahid ordu ideyasını “Qərbi Avropa elitasının isteriyası” kimi dəyərləndirir: “ABŞ-ın Avropanın müdafiəsindən imtina etmək öhdəliyi Qərb ölkələrini qeyri-müəyyən vəziyyətdə qoyub. Təbii ki, Avropa ölkələri təklikdə özünü müdafiə etmək iqtidarında olmadığından onlar hərbi ittifaqda birləşməyə cəhd edirlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info