Ermənistan vətəndaşları Metsamor AES-in bağlanmasını tələb edirlər
Tarix: 06.02.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Ötən ay Metsamor Atom Elektrik Stansiyasının (AES) yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza Ermənistanda əhalinin narahatlığını artırıb. Ölkə vətəndaşları stansiyanın fəaliyyətinin təcili dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara şikayət məktubu ünvanlayıblar. Stansiyaya yaxın ərazidə yaşayan insanlar eyni hadisənin yenidən təkrarlanacağından qorxurlar. Metsamorun fəaliyyətinin real təhlükə olduğunu bildirən vətəndaşlar stansiyanın bağlanması üçün dəfələrlə aidiyyəti qurumlara şikayət ərizələri ünvanlayıblar. Ötən il isə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə məktub göndərilib. Problemin həllini tapmadığını görən vətəndaşlar yenidən beynəlxalq təşkilatlara müraciət ediblər. “Joxovurd” qəzetinin məlumatına görə, Metsamorun zəlzələdən dağılma ehtimalı da yüksəkdir. Bu stansiya həm də ekoloji fəlakət mənbəyidir. Stansiyanın yaratdığı kimyəvi tullantılar nəticəsində Syunik vilayəti yararsız əraziyə çevirib. Tullantıların yığıldığı gölməçələrdən xeyli aralıdakı kəndlərdə ermənilərin əkdiyi ərzaq məhsullarında, xüsusilə kartofda insan sağlamlığı üçün təhlükəli sayılan kimyəvi maddələr aşkarlanıb. Ermənistan Elmlər Akademiyasının Ekologiya Tədqiqatları Mərkəzi tərəfindən ərazidə aparılan araşdırmalar zamanı bölgənin suyunda radioaktiv qarışıqlı tullantıların olduğu müəyyənləşib. Ölkə vətəndaşları AES-in fəaliyyətinin dayandırılması üçün BMT-dən təcili tədbir görməsini tələb edirlər.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info