“Bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişaf prosesində yaxından iştirak edirlər”
Tarix: 06.02.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Azərbaycanda hər bir sahədə olduğu kimi, bələdiyyə sahəsində də gənclərin aktivliyi müşahidə olunur. Gənclər öz fəaliyyətləri ilə bələdiyyə sahəsinə bir sıra yeniliklər gətiriblər. Eyni zamanda onlar bu sahədə olan çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflərlə çıxış edirlər. Gənc ictimai fəal, Bakı şəhər Suraxanı rayon Qaraçuxur Bələdiyyəsi Yerli Büdcə Məsələləri Daimi Komissiyanın sədr müavini Eldar Mirzəliyev də qəzetimizə müsahibəsində bələdiyyələrin perspektiv inkişafı üçün əhəmiyyətli təkliflər verib.

- Azərbaycanda yerli özünüidarəetmə institutunun formalaşması haqqında nə deyə bilərsiniz?
-Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası qısa dövr ərzində böyük irəliləyişlə dünyanın nüfuzlu ölkələri arasında öz layiq olduğu yeri tutmuşdur. Bu siyasətin uğurlu davamı olaraq Prezident İlham Əliyevin rəhbərlik etdiyi respublikamız artıq dünyada güclü diplomatiyası, ölkələr və qitələrarası əməkdaşlıq perspektivi, multikulturalizm məkanı, zəngin mədəniyyət və incəsənət diyarı, həmçinin beynəlxalq idman yarışlarının ev sahibi ölkə kimi tanınmaqdadır.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm və təhsilin, mədəniyyətin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Bütün demokratik dəyər və prinsipləri əhatə edən Azərbaycan Respublikasının Konstitusiyasında yerli özünüidarəetmə ilə bağlı müddəaların əks olunması ölkəmizdə bələdiyyə institutunun formalaşmasının və inkişafının əsaslarını müəyyənləşdirib. Bu gün həyata keçirilən siyasət nəticəsində isə Azərbaycanda yerli özünüidarənin mütərəqqi sisteminin qurulması başa çatıb.
1995-ci ildə konstitusiyamız qəbul olunduqdan sonra ilk olaraq Milli Məclisdə Yerli özünüidarə məsələləri daimi komissiyası yaradıldı. Gələcəkdə bələdiyyələrin təşkil olunması, onun fəaliyyətinin tənzimlənməsi üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində işlərə başlanıldı. İlk öncə “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” qanunlar və digər normativ hüquqi sənədlər işlənib hazırlandı. Bir neçə il davam edən prosesin nəticəsi olaraq 12 dekabr 1999-cu il tarixində respublikamızda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi.
-Ötən 17 ildə bələdiyyələr Azərbaycan cəmiyyətində özünü təsdiq edə bilibmi?
-Təcrübəli dövlət qurucusu, ulu öndər Heydər Əliyevin 1999-cu ildə ilk bələdiyyə seçkiləri öncəsi xalqa müraciəti zamanı söylədiyi “Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Əgər bələdiyyə seçkiləri uğurla keçirilsə, əgər bələdiyyələrə, həqiqətən, hər bir bölgədə fəaliyyət göstərib xalqa xidmət etmək arzusunda olan insanlar seçilsə və bu insanlar, həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza yaxşı xidmət göstərə bilsə, təbiidir ki, bu, bizim ölkəmizin inkişafında çox böyük rol oynayacaq və dövlətin qarşısında duran vəzifələrin bir qismini bələdiyyələr öz üzərinə götürəcəkdir” kəlmələri böyük inamın göstəricisidir.
Bilirsiniz ki, yerli özünüidarəetmə orqanları artıq özünün 4-cü seçki dövrünü yaşayır. Ötən dövr ərzində bələdiyyələrin fəaliyyətində kifayət qədər irəliləyişlərə: dövlət, hakimiyyət orqanları ilə bələdiyyələr arasında qarşılıqlı fəaliyyət və eyni zamanda bələdiyyələrin vətəndaşlarla qarşılıqlı münasibətləri sahəsində xeyli təcrübə əldə olunmasına nail olunub.
Bələdiyyələr ölkəmizin sosial iqtisadi inkişaf prosesində yaxından iştirak edirlər, quruculuq, abadlıq, kommunikasiya və infrastrukturun müxtəlif istiqamətlərində işlər görürlər.
Ölkəmizdə 1999-cu ildə yerli özünüidarə institutu yaradılanda bələdiyyələrin sayı 2667 olmuşdur, lakin özünüidarə orqanlarının gücünü artırmaq məqsədi ilə bəzi kiçik bələdiyyələri birləşdirərək bu say 1607-yə qədər azaldıldı.
Növbəti mərhələ üçün bələdiyyələr əldə olunan təcrübəyə söykənərək öz fəaliyyətlərini genişləndirməli, maliyyə imkanlarını artırmalı, səlahiyyətlərindən maksimum dərəcədə istifadə etməli, demokratik idarəetmə sistemini təkmilləşdirməli, əhali və dövlət orqanları ilə sıx təmasda olaraq fəaliyyətlərində səmərəliliyə nail olmalıdırlar.
- Hazırda bələdiyyələrin səlahiyyətlərinin artırılmasına dair təkliflər səsləndirilir. Sizin bununla bağlı fikirlərinizi bilmək istərdik.
-Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsində bələdiyyələrin yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, maliyyə institutlarının müəyyən olunması, yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji proqramların qəbul və icra edilməsi səlahiyyətlərinin olduğu öz əksini tapıb.
Əgər bir orqan qurulub və fəaliyyət göstərirsə, vəzifələrini layiqincə həyata keçirə bilirsə, deməli, həmin quruma dövlət tərəfindən əlavə səlahiyyətlər verilə bilər.
Bu gün daha çox “MİS”-lərin səlahiyyətlərinin bələdiyyələrə veriləcəyi barədə söz-söhbət gəzir. Bu hal baş verərsə, onların bütün maddi və texniki bazası bələdiyyələrin tabeliyinə keçəcək. Bu da bələdiyyələrin fəaliyyət istiqamətlərini artıracaq.
Yerli özünüidarəetmə institutunun inkişafı hər zaman dövlətin prioritetləri sırasındadır. Tez-tez qanunvericilik bazasının təkmilləşdirilməsi üçün edilən dəyişikliklər, hətta son referendumun nəticəsi olaraq konstitusiyamıza əlavə olunan 6 yeni maddədən birinin bələdiyyələrlə bağlı olması dövlət qayğısının bariz nümunəsidir.
- Bələdiyyələrin ümumi problemləri hansılardır, bu problemlərin aradan qaldırılması üçün hansı təkliflər edə bilərsiniz?
-Qeyd etdiyim kimi, özünüidarəetmə orqanlarının geniş qanunvericilik bazası var. Lakin zamanın tələbinə uyğun olaraq bəzi çatışmazlıqlar yaranır. Bunları aradan qaldırmaq üçün isə yeni sənədlərin qəbuluna ehtiyac yaranır.
Bu gün bələdiyyələrdə idarəetmənin təkmilləşdirilməsinə, yəni bələdiyyələrin nümunəvi və vahid idarəetmə strukturunun və vəzifə təlimatlarının işlənib hazırlamağına ehtiyac duyulur. Bu tip sənədin qəbulu bələdiyyələrin fəaliyyətinin daha da inkişafına təkan verəcək.
Bir çox bələdiyyələrdə hələ də ona məxsus torpaq üzərində hüququnu təsdiq edən torpaq sənədlərinin olmaması bəzi məsələlərdə mübahisəli vəziyyət yaradır. Səlahiyyətlərindən lazımi səviyyədə istifadə edə bilmirlər.
Bildiyimiz kimi, yerli büdcə, əsasən, yerli vergi və ödənişlərdən formalaşır. Bu gün bir çox vətəndaşın əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi əldə edə bilməməsi yerli büdcənin formalaşmasına təsir edir. Qanunvercilikdə torpaqdan istifadəyə görə vergiyə cəlb olunma göstərilsə də, əmlak vergisi ilə bağlı belə bir müddəanın əlavə olunmasına ehtiyac duyulur. Əhalinin maarifləndirilməsində də ciddi problemlər yaranır. Bunu isə KİV-lərin köməkliyi ilə aradan qaldırmaq mümkündür. Əsasən, televiziya kanalları maarifləndirmə işində böyük rol oynaya bilər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info