“Trampın komandası Rusiya ilə İran arasında alyansı pozmağın yollarını axtarır”
Tarix: 07.02.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Tehranla Moskva arasında bəzi məsələlərdə ortaq məxrəcin tapılmaması Ağ Evin marağındadır
ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Bu barədə Ağ Evin məlumatında bildirilir. Məlumata əsasən, söhbət zamanı tərəflər Donbasdakı vəziyyəti müzakirə ediblər. “Prezident Tramp və NATO baş katibi münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə ediblər”- deyə məlumatda qeyd olunur. Qeyd edək ki, ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Petro Poroşenko telefon söhbəti zamanı Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin yaxın zamanda görüşməyin mümkünlüyünü müzakirə ediblər. ABŞ-ın vitse-prezidenti Maykl Pens isə bildirib ki, Rusiyaya qarşı sanksiyaların ləğvinin Moskvanın beynəlxalq arenada, xüsusən Ukraynada özünü necə aparması ilə bağlı olacağını bəyan edib. Pens bunu ABC telekanalına müsahibəsində bildirib. M. Pens teleaparıcının “əgər Rusiya Ukraynanın hələ də suverenliyini pozursa, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaqmı?” sualına cavab olaraq deyib ki, bu sualın cavabı qarşıdakı ayda məlum olacaq: “Bütün bunlar sadəcə, bizim Rusiyanın davranışında dəyişikliklər görüb-görməyəcəyimizdən asılıdır. Vitse-prezident ABŞ prezidenti Donald Trampın yeni administrasiyanın əsas prioritetin “İŞİD” terror təşkilatı ilə mübarizə olduğunu bəyan etdiyini də xatırladıb: “Rusiya da radikal terrorçularla, xüsusən “İŞİD” ilə mübarizədə maraqlıdır. Əgər bizim əməkdaşlıq etmək imkanımız olacaqsa, düşünürəm ki, prezident Donald Tramp münasibətlərin yenidən qurulmasının perspektivlərini araşdıracaq”. Ekspertlər hesab edir ki, Ukrayna məsələsinə münasibət Rusiya ilə ABŞ arasına münasibətlərin nizamlanmasına mühüm təsir göstərə bilər. Amma Tramp administrasiyasının İranla bağlı mövqeyi göstərir ki, bu məsələ geosiyasi mübarizədə əsas məqamlardan biri olacaq. “The Wall Street Journal” yazır ki, Trampın komandası Rusiya ilə İran arasında yaranan hərbi-diplomatik alyansı pozmağın yollarını axtarır. Nəşr bunu Tramp administrasiyasının nümayəndələri, eləcədə avropalı və ərəb məmurlara istinadən yazıb. “Əgər Rusiya ilə İran arasında münasibətlərə zərbə vurmaq imkanı varsa, biz bunu araşdırmağa hazırıq”- deyə ABŞ-ın yeni dövlət başçısının komandasına daxil olan şəxslərdən biri bildirib. Nəşr yazır ki. ABŞ administrasiyası bir tərəfdən Rusiya ilə münasibətləri nizamlama strategiyası üzərində işlədiyi halda, digər tərəfdən Moskvanın Yaxın Şərqdəki əsas müttəfiqinə çevrilən İran qarşı aqressiv çağırışlar səsləndirir. "The Wall Street Journal" yazır ki, hazırkı ABŞ hakimiyyəti Rusiyanı özünə təhlükə görmür: "Vaşinqton bununla Suriya münaqişəsinə öz xeyrinə son qoymaq, bununla yanaşı “İŞİD”ə qarşı mübarizəni öz müttəfiqlərinin əli ilə aparmaq niyyəti güdür". Müəllif qeyd edir ki, buna rəğmən Tehranla Moskva arasında bəzi məsələlərdə ortaq məxrəcin tapılmaması Ağ Evin marağındadır. Rusiyanın İranla müttəfiqliyin zəifləməsində nələr tələb edəcəyi də ABŞ üçün aydın deyil. Ağ Ev nümayəndəsi Şon Speyser isə bildirib ki, İrana qarşı münasibət daha da sərtləşdiriləcək. Rusiya XİN başçısının müavini Sergey Ryabkov bildirib ki, Moskva ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsindən təəssüflənir: "Prinsipcə aydındır ki, sanksiyalar qəbuledilməzdir, bu və ya digər məsələnin həllində uyğun alət deyil. Hazırda beynəlxalq ictimaiyyətin diqqəti birgə hərtərəfli fəaliyyət planının necə həyata keçirilməsinə yönəlib. Bu istiqamətdə biz xüsusi problem görmürük". Ryabkov onu da vurğulayıb ki, İranın ballistik raketləri sınaqdan keçirməsi hərtərəfli birgə fəaliyyət planının və 2231 saylı qətnamənin pozulması demək deyil: "Bu mövqeyimizi ABŞ tərəfinin diqqətinə çatdırmışıq. Ümid edirik ki, hərtərəfli birgə fəaliyyət planının və 2231 saylı qətnamənin müddəalarının ciddi və aydın oxunuşu Vaşinqtonun bu istiqamətdə gələcək xəttinin müəyyən olunmasında əsas olacaq". Rusiya dövlət başçısının mətbuat katibi Peskov Trapmın İranı dünyanın “bir nömrəli terrorçusu” adlandırmasına belə münasibət bildirib: “Bilirsiniz ki, Rusiyanın İranla xoş tərəfdaşlıq münasibətləri var. Biz bir çox məsələdə qarşılıqlı şəkildə çalışırıq. Eyni zamanda ticarət- iqtisadi münasibətlər də bizim üçün qiymətlidir və bunun gələcəkdə daha da inkişaf edəcəyinə ümid edirik”.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info