“Şahdəniz-2” layihəsi üzrə işlərin 87 faizi tamamlanıb
Tarix: 07.02.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Qordon Birrell: “Gələn il ilk qaz hasil olunacaq və daha sonra ixraca başlanılacaq”

“Şahdəniz-2” layihəsi üzrə işlərin 87 faizi icra olunub”. Bu barədə BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell məlumat verib. O bildirib ki, BP tərəfindən dənizdə quraşdırılacaq platformalar, sualtı boru kəmərləri, “Səngəçal” terminalının, eləcə də Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlər uğurla irəliləyir və işlərin 87 faizi icra edilib. Gələn il ilk qaz hasil olunacaq və daha sonra ixraca başlanılacaq. Qordon Birrell deyib ki, Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun gələcək işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi (HPBS) bu ilin ortalarında imzalana bilər.

“Azəri-Çıraq-Günəşli” üzrə hasilatın pay bölgüsü sazişi ilin ortalarında imzalana bilər”

O bildirib ki, bir neçə aya SOCAR-la danışıqlar yekunlaşdırılacaq və təxminən bu ilin ortalarında həmin sazişi imzalamaq mümkün olacaq. Artıq ACG ilə bağlı sxemlər hazırdır. Qeyd edək ki, ötən il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar. Bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barrel neft ekvivalenti səviyyəsindədir. ABƏŞ-in səhmdarları BP, “Chevron”, “INPEX”, “Statoil”, “ExxonMobil”, “TPAO”, “ITOCHU” və “ONGC Videsh” şirkətləridir. AÇG Bakıdan şərqdə, təxminən 100 kilometr məsafədə yerləşən nəhəng yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadratkilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170 metr arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir. AÇG yatağının işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard barreldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Onlar Türkiyəni bölməyə, zəiflətməyə çalışan Vətən xainləri idilər”
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info