“İqtisadi və hərbi əməkdaşlığı inkişaf etdirməliyik”
Tarix: 07.02.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“Pakistan və Azərbaycan arasında iqtisadi və hərbi sahələrdə əməkdaşlığı daha da irəli aparmalıyıq”. Bu sözləri Pakistanın Azərbaycanda yeni təyin olmuş səfiri Said Xan Mohmand deyib. Səfir bildirib ki, Azərbaycana təyinatı karyerasında 6-cı təyinatdır: “Məqsədimiz ikitərəfli münasibətləri daha da dərinləşdirmək və strateji tərəfdaşlığa çatdırmaqdır. Pakistandan müxtəlif səviyyələrdə 22 rəsmi nümayəndə heyəti Azərbaycana gəlib. Siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz hərbi və iqtisadi münasibətlərimizi daha da irəli aparmalıyıq. Mən bu münasibətlərə dəyər verirəm və onları inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam”. Səfir bəyan edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini həmişə olduğu kimi, dəstəkləməyə davam edəcək: “Bizim parlament fevralın 3-də Ermənistanın işğalçılığı və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədləri dəstəklənir. Qətnamədə Ermənistanın qeyd-şərtsiz işğal etdiyi əraziləri tərk etməsinə dair BMT qətnamələrinə və münaqişənin sülh yolu ilə nizamlanmasına da dəstək ifadə edilir”.





 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info