Azərbaycanın ixrac missiyası Əfqanıstanda
Tarix: 07.02.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın ixrac missiyası Əfqanıstanın Kabul şəhərindədir. Missiyaya ölkəmizdə meyvə şirələri, ət və ət məhsulları, təbii mineral sular, un və un məmulatları, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 9 şirkətin nümayəndəsi daxildir. Səfərin ilk günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və əfqan şirkətləri arasında görüş keçirilib. Tədbirdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev iştirakçılara Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, rəqabətqabiliyyətli Azərbaycan məhsulları barədə məlumat verib. Görüş çərçivəsində AZPROMO ilə Əfqanıstan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sonra Azərbaycan və Əfqanıstan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. 60-dan çox əfqan şirkətinin iştirak etdiyi ikitərəfli görüşlərdə Azərbaycan və Əfqanıstan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Əfqanıstana ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriblər. Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasının Əfqanıstana səfəri fevralın 8-dək davam edəcək. 9-11 fevral tarixlərində isə Azərbaycanın ixrac missiyası Pakistana səfər edəcəkdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info