Pambıqçılığın inkişafı Mingəçevirdə fəaliyyət göstərəcək zavodların işini təmin edəcək
Tarix: 07.02.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Dünyada pambıqçılığın inkişaf etdiyi ölkələrlə əməkdaşlıq və yeni layihələr həyata keçirməyə ehtiyac var

Kənd təsərrüfatında inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir. Ötən il aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında dönüş ili olub. Kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə, əvvəlki illə müqayisədə 2,6 faiz artıma nail olunub. Bu artım yalnız ümumilikdə deyil, demək olar ki, əksər məhsullar üzrə müşahidə edilib. Belə ki, artım pambıq üzrə 2,5 dəfə artım özünü göstərib. İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən 24 milyonu pambığın ixrac payına düşüb. Keçən il təxminən 90 min ton pambıq istehsal edilərək 24 pambıqçılıq rayonunun 457 kənd ərazi nümayəndəliyi üzrə təqribən 4300 pambıq istehsalçısı təhvil verdikləri məhsula görə 40 milyon manatdan çox vəsait əldə edib. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilib. Ölkə başçısının sözlərinə görə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və bu il təxminən 200 min ton pambıq tədarükü gözlənilir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bu sahənin inkişafının vacibliyini bildirib: “Bu sahə bilavasitə Mingəçevirdə yaradılmaqda olan sənaye parkının fəaliyyəti ilə bağlıdır. Çünki Mingəçevirdə keçən il təməlini qoyduğum zavodların bir neçəsi bu ilin sonuna qədər artıq istifadəyə verilməlidir. Orada ipliklə bağlı və digər sahələr üzrə 10-a yaxın zavod fəaliyyət göstərəcək. Pambıqçılıq da bilavasitə, bax, bu sənaye zonasının inkişafına xidmət göstərəcək. Beləliklə, biz ixracdan daha da böyük vəsait əldə edəcəyik. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Çünki 100 mindən çox, bəlkə də 150 min insan pambıqçılıqda işləyəcək”.

Türkiyə şirkətlərinin Tacikistanda pambıq emal fabrikləri qurması təklif edilir

Bu gün dünyada pambıqçılığın inkişafı ilə bağlı müxtəlif layihələr reallaşdırılır, ölkələr arasında qarşılıqlı fəaliyyət həyata keçirilir. Tacikistanın Türkiyədəki səfiri Mahmadali D. Rajabiyon bildirib ki, pambıq sahələrində iki ölkə arasındakı əməkdaşlıq aktiv bir şəkildə davam etməkdədir: “Bu sahədə Tacikistan tərəfi olaraq türk şirkətləri ilə iş birliyindən olduqca məmnunuq. İllik 1 milyon ton pambıq istehsalımız var. Əməkdaşlıq çərçivəsində bu miqdar artırıla bilər. İki ölkə arasındakı ticarət həcmində Tacikistandan Türkiyəyə pambıq ixracatı əhəmiyyətli rol oynamaqdadır. Türkiyə pambıq hazırlamada Tacikistandan daha çox təcrübəlidir. Pambıq ilə maraqlanan türk şirkətləri Tacikistanda pambıq emal fabrikləri qura bilər və xərclərini aşağı sala bilər. Bu cür əməkdaşlıq xüsusilə pambıq sahəsində Çin Respublikası ilə də aparılır. Tacikistanda tekstil sektoru ilə bağlı fabrik qurmuş bir çox çinli şirkət var. Amma Tacikistan bazarında türk tekstili keyfiyyət baxımından çox yüksək səviyyədədir və seçim edilir. Bu səbəblə türk şirkətlərinin rəqabət üstünlüyü olduqca yüksəkdir”. Qeyd edək ki, biz də ölkəmizdə pambıq istehsalını artırmaqla bir sıra ölkələrlə bu istiqamətdə əməkdaşlıq imkanları yarada bilərik.

Ölkəmizdə pambıqçılığın və baramaçılığın inkişafına göstərilən dövlət qayğısı bu sahələrə marağı xeyli artırıb

Bu günlərdə İmişli rayonunda pambıqçılığın inkişaf perspektivləri geniş təhlil olunub, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi yolları göstərilib. Diqqətə çatdırılıb ki, ötən il rayonda 1051 hektar pambıq əkilib, cari ildə isə pambıq sahələrinin 10 min hektara çatdırılması planlaşdırılıb.
Ölkə üzrə 2015-ci illə müqayisədə 2,5 dəfə çox pambıq tədarük edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, pambıq tədarükü ilə bağlı Biləsuvar rayonu birinci yerdədir. Rayonun fermerləri tarlalardan 11966,7 ton “ağ qızıl” yığıblar. Saatlıda 11924,5 ton, İmişlidə 10096,9 ton, Ağcabədidə 8704,4 ton, Beyləqanda 7810 ton pambıq tədarük olunub. 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.
2015-ci ildə cəmi 18,6 min hektarda pambıq əkilib, 35 min ton məhsul istehsal edilmişdisə, 2016-cı ildə əkin sahələri 52 min hektara çatdırılıb, 90 min tona yaxın məhsul yığılıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə pambıqçılığın inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı hazırlanır.
Ölkə baçısının pambıqçılığın inkişafı məqsədilə verdiyi tapşırıqlara uyğun olaraq, bu il Samux rayonunda 505 hektar ərazidə “ağ qızıl” əkiləcək. Samux Rayon İcra Hakimiyyətinin məlumatına görə, cari ildə pambıq əkiləcək sahələr ötən illə müqayisədə 175 hektar çox olacaq. Zəngin pambıqçılıq ənənəsinə malik rayonda ötən il 761 ton məhsul yığılıb, orta məhsuldarlıq 23,1 sentner təşkil edib.
Ölkəmizdə pambıqçılığın və baramaçılığın inkişafına göstərilən dövlət qayğısı bu sahələrə marağı xeyli artırıb. Laçınlı məcburi köçkünlər bu il 90 hektar sahədə pambıq əkəcəklər. Sahələrə üzvi və mineral gübrələr verilərək əkin üçün hazırlanır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info