«Feminizm Rusiyanı dağıda bilər»
Tarix: 10.04.2013 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


«Feminizm-Rusiyanın dağılması ilə nəticələnə biləcək çox təhlükəli fenomendir».
«Quardian» xəbər verir ki, bu haqda Rusiya Pravoslav Kilsəsinin başçısı açıqlama verib. Patriarx Kirill bildirib ki, feminizm çox təhlükəli təzahürdür. Ona görə ki, qadınların nikahdan və ailədən kənar yalançı azadlığını təbliğ edir. Patriarx Kirill bu fikirləri Ukrayna Pravoslav qadınlar ittifaqının üzvləri ilə görüşdə səsləndirib. «Kişinin diqqəti kənara yönəlir, o, işləməli, pul qazanmalıdır. Qadın isə ailə və uşaqlarının olduğu daxilə yönəlməlidir. Əgər qadının bu, fövqəladə dərəcədə vacib olan funksiyası pozularsa, ardınca hər şey dağılar-ailə də, Vətən də. Nahaq yerə Vətənə ana demirik»-deyə Kirill bildirib. Yazıda qeyd edilir ki, Rusiya prezidenti Putinin də yaxın müttəfiqi olan Kirill ölkədə konservativ dəyərlərin genişləndirilməsinin tərəfdarı kimi çıxış edir. O, Kremlin «Pussy Riot» qrupuna qarşı mövqeyini dəstəkləmişdi. Məqalədə o da qeyd edilir ki, Putin cəmiyyətdə qadının ana kimi rolunun artırılmasını təbliğ etməyə və bununla da doğumun səviyyəsini artırmağa çalışır.
ANAR




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info