“XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı olub
Tarix: 07.02.2017 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Şəmkirdəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Bilik Evində Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı olub.
Kitabın təqdimatında müəlliflə yanaşı, Milli Məclisin deputatı Sona Əliyeva, təhsil işçiləri, tarixçilər, rayonun fəal gəncləri iştirak ediblər.
Milli Məclisin deputatı Sona Əliyeva çıxış edərək Oleq Kuznetsova kitabında erməni terrorizmini və xalqımıza qarşı törədilən cinayətləri əhatəli işıqlandırdığına görə təşəkkürünü bildirib.
Qeyd edib ki, O.Kuznetsov beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı məsələlərin araşdırılması üzrə MDB məkanında tanınmış mütəxəssislərdən biridir. Uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olub.
Tədbirdə çıxış edən müəllif onun əsərlərinə göstərilən diqqət və qayğıya görə şəmkirli oxuculara minnətdarlığını bildirib.


Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info