Baku Corner” 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi ilə əməkdaşlığa başlayıb
Tarix: 07.02.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Baku Corner” 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi ilə əməkdaşlığa başlayıb.
“Baku Corner” platformasından  bildiriblər ki, əməkdaşlıq çərçivəsində Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər tərəfindən hazırlanmış əl işləri platforma vasitəsilə geniş ictimaiyyətə təqdim edilərək satışa çıxarılıb. Əl işlərinin satışından əldə edilən vəsait gənclərin özlərinə təqdim edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi məhz belə gənclərin peşə reabilitasiyasının təmin olunması, onların əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə yaradılıb. “Baku Corner”in də əsas məqsədlərindən biri məhz uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların, aztəminatlı ailələrdən olan, həmçinin fiziki məhdudiyyətli gənclərin hazırladığı sənət əsərlərini geniş ictimaiyyətə nümayiş etməkdir. Bu da onların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rola malikdir.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə, xeyriyyə məqsədləri ilə fəaliyyət göstərən ədalətli ticarət konsepsiyası – “Baku Corner” 2015-ci il noyabrın 13-dən ictimaiyyətə təqdim edilib. "Baku Corner" yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış əl işlərinin satışı üçün əsas platforma rolunu oynayır.
“Baku Corner” hər kəsi sözügedən fiziki məhdudiyyətli gənclərin əl işlərini dəyərləndirməyə, onların əməyinə laqeyd qalmamağa və çəkdikləri zəhmət hesabına qazanc əldə etmələrinə dəstək olmağa çağırır.
“Baku Corner”in yüksək keyfiyyətə, təkrarolunmaz görünüşə malik olan və daim alıcıların zövqünü oxşayan məhsulları ilə onun Feysbuk, İnstaqram və rəsmi internet səhifəsindən (www.bakucorner.az, www.facebook.com/bakucorner, www.instagram.com/bakucorner) tanış olmaq olar.
Sizin də “Baku Corner” platforması vasitəsilə satışa çıxarmaq istədiyiniz əl işləriniz varsa, onların fotoşəkillərini və qısa məlumatı “Baku Corner”in elektron poçt ünvanına göndərə bilərsiniz: info@bakucorner.az.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info