“Açıq hökumət məlumatları“ mövzusunda konfrans keçirilir
Tarix: 07.02.2017 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Açıq hökumət məlumatları" mövzusunda konfrans keçirilir. Konfransda 60-dək dövlət və özəl qurumların nümayəndələri bu məsələ ətrafında müzakirə aparıblar.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, 2015-ci ildə nazirlik tərəfindən yaradılan www.data.gov.az portalındakı açıq məlumatlar qanunvericiliyə uyğun olaraq müntəzəm şəkildə yenilənir və təkmilləşdirilir.
Bildirilib ki, zəruri məlumatlar istifadə üçün tam açıq elan edildikdən sonra dövlət xərclərinə qənaət, sahibkarlığa dəstəyin artırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, startapların stimullaşdırılması, elektron xidmətlərin sayının artması, eləcə də BMT-nin "Elektron hökumətin İnkişaf İndeksi" və "Elektron İştirak İndeksi" hesabatlarında Azərbaycanın reytinqinin yüksəlməsi kimi müsbət nəticələr əldə olunacaq.
Hazırda ayrı-ayrı dövlət qurumlarının 25 adda məlumat bazası istifadəçilərin ixtiyarındadır. Belə ki, açıq məlumatlar portalında Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri, “Azərsu” ASC və Dövlət Gömrük Komitəsinin məlumatları yerləşdirilib. Eyni zamanda, əksər qurtumlara məxsus açıq məlumatlar mövcuddur ki, həmin məlumatların portala yerləşdirilməsi üçün lazımi  işlər aparılır.
Qeyd edək ki, portal vasitəsilə istifadəçilər dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilərlər. Portalının əsas məqsədi məlumatların istifadəsi, onların asanlıqla veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Eyni zamanda aşıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması innovativ ideyaların stimullaşdırılması, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının fəaliyyətinin effektivliyinin və səmərəliyinin artırılması da əsas məqsədlərdəndir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info