Ermənilər pul vermədikləri üçün hüquqlarından məhrum oldular
Tarix: 10.04.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Ermənistanı təmsil edən təşkilat Qara dəniz və Xəzər dənizi İş Adamları Konfederasiyaları Birliyinin (UBCCE) ümumi yığıncağında üzvlük haqqını ödəmədiyi üçün səsvermə hüququndan məhrum olunub.
Azərbaycan-Türkiyə İş Adamları Birliyindən (ATİB) verilən məlumata görə, İstanbulda Qara dəniz və Xəzər dənizi İş Adamları Konfederasiyaları Birliyinin (Union of Black Sea and Caspian Confederation of Enterprises - UBCCE) növbəti ümumi yığıncağı keçirilib.
Qara dəniz və Xəzər dənizi bölgəsinin ilk könüllü və müstəqil iş adamları təşkilatının ümumi yığıncağında ATİB idarə heyətinin üzvü Rəşad Rəsullu və ATİB Layihələr və Tədqiqatlar Şöbəsinin müdiri Kənan Aslanlı iştirak ediblər. Yığıncaqda ilk öncə UBCCE-nin nizamnaməsinə bəzi dəyişikliklərin edilməsi müzakirə olunub və səsvermə nəticəsində nizamnaməyə dəyişikliklər qəbul olunub.
Daha sonra təşkilatın 2012-ci il üzrə fəaliyyət hesabatı və maliyyə hesabatları müzakirə edilərək təsdiq edilib.
UBCCE-nin 2013-2015-ci illərdə rəhbərliyi isə aşağıdakı tərkibdə təsdiqlənib: prezident-TÜSİAD (Türkiyə), vitse-prezident-ATİB (Azərbaycan), vitse-prezident-GEC (Gürcüstan), auditor heyəti: Prezident-TİSK (Türkiyə), üzv-KISH (Albaniya), üzv-ICEA (İran).




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info