BMT İP aqrar sahədəki milli səyləri dəstəkləyəcək
Tarix: 07.02.2017 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Fevralın 7–də Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı (BMT İP) arasında aqro-biomüxtəliflik sahəsində birgə layihənin həyata keçirilməsi üzrə imzalanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, layihə Qlobal Ekologiya Fondu (GEF) və BMT İP tərəfindən Azərbaycanının Şəki, Goranboy və Göyçay rayonlarında beş il ərzində həyata keçiriləcək.
İmzalanma mərasimində çıxış edən nazir Heydər Əsədov bildirib ki, layihənin əsas məqsədi yerli aqrar məhsulların biomüxtəlifliyinin qorunması üzrə milli səyləri dəstəkləməkdir. Layihə çərçivəsində yerli məhsulların qorunması, aqro-biomüxtəlifliyin konservasiyasına dəstək, məhsuldarlığın artırılması, eləcə də yerli aqrar məhsulların kommersiyası və kiçik aqrar bizneslərdə istifadəsinə yol açan tədbirlər reallaşdırılacaq.
Layihə, həmçinin aqro-biomüxtəliflik sahəsində biliyin artırılması, müvafiq institutlar və fermerlər arasında milli bacarıqların inkişafı, eləcə də yerli fermerlərin bazara çıxışının gücləndirilməsi istiqamətində önəmli addımlardan biri olacaq.
Nazir qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, dayanıqlı və inklüziv iqtisadi inkişafın təbliği, institusional bacarıqların, səmərəli ictimai və sosial xidmətlərin gücləndirilməsi, həmçinin ətraf mühitin idarəedilməsi və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması kimi tədbirlərin dəstəklənməsində BMT İP layihələri öz töhfəsini verəcək.
BMT İP-in rezident nümayəndəsi Qulam İshaqzai bu sahədə əməkdaşlığın perspektivlərindən danışıb. “Aqro-biomüxtəlifliyin qorunması dayanıqlı inkişaf üçün olduqca əhəmiyyətlidir və bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vacib rol oynayacaq. Aqrar bio-müxtəlifliyin istifadəsi aqrar ekosistemlərin daha davamlı və məhsuldar olmasına yardım edəcək, eləcə də iqlim dəyişmələrinin idarəetməsinə və daha zəngin qidalanmaya, məhsuldarlıq və rifaha müsbət təsir göstərəcək”,- deyə Q.İshaqzai bildirib.
Sonra imzalanma mərasimi olub.
Nazir Heydər Əsədov və BMT İP-in rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb, bu layihənin kənd təsərrüfatına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsinə dəstək olacağına əminliklərini ifadə ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info