Londonda “ağıllı” mağazalar açılacaq
Tarix: 07.02.2017 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


“The Times” nəşri yazır ki, “Amazon” şirkəti Londonun mərkəzində ticarət meydançalarının aktiv axtarışı ilə məşğul olub. Belə fəaliyyətin əsas məqsədi yaxın gələcəkdə yeni "ağıllı" supermarketlər istifadəyə verməkdir.
“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, London sakinləri artıq tezliklə yeni “Amazon Go” supermarketlərinin xidmətindən yararlana biləcəklər. Belə supermarketlərdə kassanın önündə növbə gözləməyə ehtiyac olmayacaq. "Ağıllı" texnologiyalar əsasında işləyən belə mağaza artıq 2015-ci ilin sonundan etibarən Sietldə fəaliyyət göstərir. Hələ ki bu ticarət nöqtəsi yalnız firmanın əməkdaşları üçün sınaq rejimində əlçatandır, ancaq “Amazon” şirkəti cari ildə adi vətəndaşlar üçün belə mağazalar istifadəyə verəcək. Alıcılar, sadəcə, mağazaya daxil olub rəfdən lazımi məhsulu götürərək çıxışa tərəf gedəcəklər. “Ağıllı” sistem alış-verişin ödənişi üçün lazımi pul məbləğini alıcının kartından çəkəcək. “Amazon Go” supermarketinə daxil olmaq üçün öncədən xüsusi proqram qurulmuş smartfona malik olmaq və girişdə “QR” kodu skan etmək lazımdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info