BMT Almaniyada insan haqlarının pozulmasına dair hesabatı müzakirə edəcək
Tarix: 10.04.2013 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Aprelin 22-də Cenevrədə BMT-nin Baş Assambleyasının İnsan Hüquqları üzrə universal Dövri İcmal Qrupunun işçi iclası keçiriləcək. Mayın 3-dək davam edəcək iclasda ayrı-ayrı ölkələrin, o cümlədən İnsan Haqları üzrə Şuranın 16/1 qətnaməsinin 5-ci bəndinə uyğun olaraq, Almaniyanın milli hesabatı dinləniləcək. Ekspertlər hesabatın böyük rezonans doğuracağını düşünür. Sənəddə Almaniyada insan haqlarının pozulması ilə bağlı məlumatlar yer alıb və hesabat artıq BMT-nin saytında yerləşdirilib. Sənəddə insan haqları ilə bağlı bütün istiqamətlər üzrə Almaniya ciddi tənqid olunur.
Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur
Müəlliflər qeyd edir ki, Almaniya hələ də miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan beynəlxalq konvensiyanı ratifikasiya etməyib: “Ölkədə insan haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi baza yaradılmır və nəzarət olunmur. Xüsusilə də yerli qanunverici orqanlar bu sahədə heç bir iş görmürlər. Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Yerli polis öz işində etnik diskriminasiyaya yol verir. İrqi zəmində törədilmiş cinayətlər lazımınca araşdırılmır”. Sənəddə qeyd olunur ki, əmək mühacirləri işə düzəlmək istəyəndə hətta peşəkarlıq səviyyələri yüksək olsa belə, süni yaradılmış əngəllərlə üzləşirlər: “Onlar yaşadıqları yerlərdə almanlardan daha çox kirayə haqqı verməyə məcbur edilirlər. Uşaqlarının təhsil almaq hüquqları, xüsusilə də əgər onlar alman dilini bilmirlərsə, kobud şəkildə pozulur. Onlar məktəbdə müəllimlər tərəfindən ayrı-seçkiliyə məruz qalırlar. Müsəlman və türk mühacirlər bu cür problemlərdən daha çox əziyyət çəkirlər. Mühacir qadınların vəziyyəti daha da ağırdır: onlar işə düzəlməkdən tutmuş, sosial xidmətlərə qədər bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər”.

Polis idarələrində zorakılıqla üzləşən insanların sayı artıb
Almaniyanın milli hesabatında yerli hüquq müdafiəsi təşkilatlarına istinadən bildirilir ki, polisin özünün törətdiyi cinayətlər çox vaxt cəzasız qalır: “Son zamanlar polis idarələrində zorakılıqla üzləşən insanların sayı artıb, onların arasında yetkinlik yaşına çatmamış şəxslər də var. Bundan başqa, Köln, Herfor, Leypsiq həbsxanalarında məhbuslara qarşı zorakılıq, qeyri-insani davranışlar haqqında məlumatlar var”. Hesabatda bildirilir ki, Almaniyada həyatın bütün sahələrində diskriminasiyaya baxmayaraq, insanlar nadir hallarda məhkəmələrə müraciət edirlər: “Polis zorakılığı haqda şikayətlər çoxalsa da, məsuliyyətə cəlb edilənlər azdır”. Sənəddə Almaniya hökuməti müsəlmanlara qarşı ayrı-seçkilik edən, onların alman cəmiyyətinə inteqrasiyasına qarşı çıxan, ksenofobiya və antisemitizm yayan partiya və qurumların dövlət büdcəsindən maliyyələşdirilməsini dayandırmağa çağırılıb: “Son illərdə ekstremist, ksenefob, antisemit zəmində törədilən cinayətlərin sayı artıb. Bu cinayətlər çox vaxt mütəşəkkil halda və qruplar tərəfindən törədilir. Diskriminasiyanın daha bir istiqaməti qadınlara qarşıdır. Almaniyada kişilərlə eyni işi görən qadınlar orta hesabla 23% az əməkhaqqı alırlar. Almaniyanın şikəst insanların hüquqlarının qorunması üçün gördüyü tədbirlər də kafi hesab edilmir. Bundan başqa, azadlıqdan məhrumetmə yerlərində saxlanılan insanların seçki hüquqları ciddi şəkildə pozulur. Sənədi olmayan insanlar tibbi yardım almaq və məhkəməyə müraciət etmək kimi hüquqlardan istifadə edə bilmirlər, onların əməyi istismar olunur, daim deportasiya qorxusu ilə yaşayırlar. İnsan alverinin qurbanları ancaq günahkarların əleyhinə ifadə verdikləri təqdirdə yaşayış icazəsi ala bilirlər”.

Uşaq hüquqlarının müdafiəsi hələ də Almaniya Konstitusiyasında əksini tapmayıb
Sənəddə qeyd edilir ki, uşaq hüquqlarının müdafiəsi hələ də Almaniya Konstitusiyasında əksini tapmayıb: “Hüquqi boşluqlar ən dəhşətli cinayətlərdən biri olan uşaq pornoqrafiyasına qarşı gərəkli tədbirlərin görülməsinə imkan yaratmır. Azyaşlıların fahişəliyə cəlb edilməsi sahəsində də eyni vəziyyət mövcuddur. Fahişəliyin leqallaşdırılması insan alveri hallarının çoxalmasına gətirib çıxarıb. Bu halların qarşısını almaq üçün lazımlı tədbirlər görülmür. İnsan alveri qurbanlarının müdafiəsi lazımi səviyyədə təmin olunmur. Ruhi xəstələrin saxlandığı yerlərdə onlara qarşı da qeyri-insani davranış hallarına aid faktlar var”.
Hesabatda bildirilir ki, Almaniyada HİV-ə yoluxmuş insanlara qarşı da diskriminasiya halları müşahidə olunur: “Bu insanlar və ailələri təhqirlərə məruz qalır, çox vaxt həkimlər onların müalicəsindən imtina edirlər. Belə xəstələrin işdən qovulması halları da az deyil. Ümumiyyətlə, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının qorunması üçün ölkədə heç bir qanun yoxdur. Təqaüdlərin azalması səbəbindən bu yaş qrupuna daxil olan insanların arasında yoxsulluq səviyyəsi 2023-cü ilə qədər 13,4 faizdən 23,6 faizə qədər qalxacaq”. Hesabat müəllifləri Almaniya hökumətini yaşayış minimumu haqqında qanuna dəyişiklik etməyə, sadalanan problemləri aradan qaldırmaq üçün təcili tədbirlərin görməyə çağırıblar.
RASİM




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info